Yazdırma Seçimləri:

Toyuq qara ciyərindən paştet

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt35 dəq

Toyuq qara ciyərindən paştet

Paştet üçün lazım olan ərzaqlar
 2 ədəd baş soğan
 1 ədəd çox bişmiş yumurta
 1 ədəd bişmiş kök
 kərə yağı
 duz
 istiot
Hazırlanma qaydası
1

Toyuq qara ciyərindən paştet

Paşteti hazırlamaq üçün əvvəlcə soğanlar soyulur, doğranılır və qızılı rəng alana qədər qızardılır.
Soğanlar qızardıldıqdan sonra toyuq qara ciyəri yuyulur, doğranılır və bir qazana qoyulur.
Qara ciyər bir "burun" qaynadıqdan sonra suyu süzülür və yeni su əlavə edilir.
Ciyər tikələrinin üzərinə su əlavə edilir.
Su, qara ciyər tikələrinin üzərini örtməlidir.
Qazan ocağın üzərinə qoyulur və qaynamağa başladıqdan sonra üzərinə yığılan kəf yığılır.
Bundan sonra qazana duz əlavə edilir.
Qara ciyərlərin bişməsi üçün təqribən 15 dəqiqə kifayətdir.
Qaraciyər bişərkən, kök və yumurta da suda qaynadılıb bişirilir.
Bişən qaraciyərlərin soyumasını gözləmədən blender və ya ətçəkən maşın vasitəsi ilə qiyməl halına salınır.
Ciyərlə yanaşı bişmiş kök, bişmiş yumurta və əvvəlcədən qızartdığımız soğanlar da blender və ya ət çtəkən maşından keçirilir.
Daha sonra bunlara duz, istiot və kərə yağı da əlavə edilir və hamısı birlikdə blender və ya ətçəkən maşından keçirilir.
Bütün xammallar qarışıb bütöv bir kütlə meydana gələnə qədər bu təkrarlanır.
Daha sonra paştetimizi soyuducuda 20-30 dəqiqə gözlədirik.
Bu zaman paştet soyuducuda soyuyub bərkiyir.
Aluminium və ya kağız folqa açılır və üzərinə 0,5 santimetr qalınlığında paştet yayılır.
Yayılan paştetin üzərinə də kərə yağı sürtülür.
Kərə yağ sürtəndən sonra paştet rulet halında bükülür.
Ruleti folqaya büküb o şəkildə təkrar soyuducuya qoyuruq.
Toyuq qara ciyərindən paştet süfrəyə verilərkən doğranıb servis edilir.

Nuş olsun!