Yazdırma Seçimləri:

Toyuq qiyməli makaron mantısı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 5 dəq

Lazım olan ərzaqlar
 500 q toyuq və ya ət qiyməsi
 1 paket makaron
 2 ədəd soğan
 duz
 istiot
 1 yemək qaşığı bibər tomatı
 qatıq
 sarımsaq
Üzəri üçün
 zeytun yağı
 toz bibər
 nanə
Diqqət
1

Mantını toyuq qiyməsi ilə hazırlayacaqsınızsa qiymənin içinə iki diş sarımsaq qoyun.
Ət ilə hazırlayacaqsınızsa sarımsağa ehtiyac yoxdur.

Hazırlanma qaydası
2

Makaronu duzlu suda əvvəlcə bir az bişirin.
Doldurulduqdan sonra təkrar bişiriləcəyi üçün azca bişirmək lazımdır.
İç xərcini torbaya yığıb makaronlara doldurmaq çox asand olur. Makaronları doldurduqdan sonra mantını ət bişənə qədər qaynatmaq lazımdır.
Bişdiyi zaman sarımsqlı qatığı hazırlamaq lazımdır.
Bunun üçün sarımsaqları soyub əzirik.
Qatığa duz və bir az su əlavə edib açırıq.
Əzdiyimiz sarımsaqları qatığa qatıb yenidən qarışdırırıq.
Mantini servis edəcəyimiz sinini əritdiyimiz yağla yağlayırıq.
Bişmiş mantını aşsüzəndən süzürük.
Hazır mantını yağladığımız siniyə yığıb, üzərinə sarımsaqlı qatıq, yağ töküb, nanə və toz bibər səpirik.
Mantımızı isi-isti servis edirik.

Nuş olsun!