Toyuqlu parça-döşəmə plov

toyuqlu parca döşəmə plov
toyuqlu parca döşəmə plov

 

4-6 nəfərlik

Toyuqlu parça-döşəmə plov  üçün lazım olan ərzaqlar:

  • 3 stəkan uzun düyü,
    4 xörək qaşığı ərinmiş kərə yağı,
    1 stəkan təmizlənmiş şabalıd,
    ½ stəkan quru ərik ,
  • 1 stəkan quru gavalı ,
    ½ cup quru İran xurması ,
    ½ stəkan ağ kişmiş,
  • 1 kq kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (arzuya  görə sümüklü də ola bilər).
    1 ədəd baş soğan .
    1/3 çay qaşığı zəfəran ,
  • 3 xörək qaşığı qaynar suda həll olunmuş duz,
  • Istiot

Toyuqlu parça-döşəmə plovun hazırlanma qaydası:

  •  Düyünü təmizləyin, və ilıq suyun altında süzə-süzə yaxşıca yuyun.
  • Bu prosesi etmək lazımdır ki,   düyüdəkı nişasta təmizlənmiş olur .
  • Belə olanda düyü bişdikdən sonra həm diri qalacaq , həm də  yapışmayacaq.
  •  Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün.
  • Suya 1 xörək qaşığı duz atıb kənara qoyun.
  • Digər ərzaqları hazırlayın.
  • Tavada 2 xörək qaşığı yağ qızdırın.
  • Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın.
  • Üstünə ərik, qavalı və xurmanı əlavə edib 3 dəqiqə daha qızardın.
  • Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın.
  • Tavanı kənara çəkin.
  • Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz əlavə edib  qaynadın.
  • Düyünü süzün və bu suya əlavə edin.
  • Təxminən 7-10 dəqiqə ərzində arabir qarışdıraraq bişirin.
  • Düyünün dadına baxın .
  • Hazır düyü bir qədər yarımbişmiş qalmalı, yumuşaq olmamalıdır.
  • Düyünü süzün və kənara qoyun.
  • Qazanda 1 xörək qaşığı kərə yağı əridin.
  • Toyuq ətini qazanın dibinə bir lay düzün.
  • Üstünə bir az duz və istiot səpin.
  • Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün.
  • Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin.
  • Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq  və ikisi də bir qədər yumuşalacaq.
  • Soğan layının üstünə düyünün yarısını tökün.
  • Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün.
  • Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin.
  • Plovun üstünə 1-2 xörək qaşığı kərə yağı tökün.
  • Qazanın üstünü əvvəlcə  bir pambıq dəsmalla  örtüb  üstündən isə qapağını qoyun.
  • Plovu vam odda təxminən 30 dəqiqə ərzində dəmə qoyun.
  • Sonra qapağını açıb düyünün üstünə zəfəran    şirəsi tökün.
  • Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin.
  • Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.
  • İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.
  • Süfrədə sulu yemək olaraq  dovğa da qoysanız pis olmaz.
  • Dovğa bizim milli yeməklərimizin ən dadlısıdır.

 

Nuş olsun!