Yazdırma Seçimləri:

Toyuqlu qat-qat piroq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt1 saat 25 dəq

toyuqlu qat-qat piroq

Lazım olan ərzaqlar
 5 ədəd yumurta
 3 yemək qaşığı mayonez
 3 yemək qaşığı mannı və ya adi un
 400 q sürtgəcdən keçirilmiş bərk pendir
İçlik üçün
 1 kq çəkilmiş toyuq qiyməsi
 6 yemək qaşığı yağ
 2 ədəd orta boy soğan
 duz
 istiot
 xırda-xırda doğranmış şüyüd
Hazırlanma qaydası
1

Ölçüləri 33 x 28 sm olan 2 ədəd soba listinin dibinə perqament kağızı sərin.
Sobanı 180 dərəcə qızdırın.
Pendirli biskivitləri hazırlayın.
Bunun üçün yumurtaları mikser və ya çırpma teli vasitəsi ilə yaxşıca çırpın.
Mayonez, mannı və ya un, və pendiri də əlavə edib qarışdırın.
Alınan qarışığı iki hissəyə bölüb, hazırladığınız listlərə töküb yayın.
Biskivitləri sobanın orta rəfində bir az qızaranadək bişirin.
Sobadan çıxardıb, kənara qoyun ki, biskivitlər soyusun.
. İndi isə hər biskiviti ortadan (uzununa deyil) ikiyə kəsin.
Beləliklə 4 biskivitiniz olacaq.
Yavaşca biskvitləri perqament kağızından çıxardın.
İçi hazırlayın.
Bunun üçün tavada yağı qızdırıb, xırda-xırda doğradığınız soğanı bu yağda qızardın.
Kənara qoyub soyudun.
Ət, duz, istiot və göyərtini buraya əlavə edib qarışdırın.
Sobanı 160 dərəcə qızdırın.
Folqa kağızını iri-iri kəsib listin üstünə elə sərin ki, listin dibini tamamilə örtsünlər və folqa kağızının kənarları listdən qırağa çıxsın.
İkinci biskviti bunun üstünə yerləşdirib, içdən yayın.
Beləcə davam edin.
Axırıncı biskvitlə piroqu örtün.
Folqa kağızının kənarlarıyla piroqun üzərini örtün.
Piroqu 50 dəqiqə ərzində bişirin.
Sobadan çıxardın.
Qoyun piroq folqanın içində 10-15 dəqiqə dincəlsin.
Sonra isə folqanı açıb piroqu çıxardın.
Hazır piroqu dilimləyərək süfrəyə verin.

Nuş olsun!