Turş maya, ayran mayası, noxud mayası

Verimlilik1 Porsiya

Lazım olan ərzaqlar

Hazırlanma qaydası
1

Şüşə bankanı, qapağını, yaxud da içərisində maya hazırlayacağınız qabları , qarışdıracağınız qaşıq və şpatulanı qaynamış su ilə steril edin.
Qurudun.
Mayanı necə saxlayacağınız haqqında qərar verin.
Əvvəlcə mayanıza 12 saatda bir, sonra isə 24 saatda bir diqqət edin.
Mayalanma normal gedərsə 24 saatda bir təqib edə bilərsiniz.
Ölçülərə diqqət edin.
Bir stəkan un və su ilə başlamışsınızsa ölçülərinizi belə qəbul edin.
Bir stəkan buğda ununu bankaya alın.
Qaynadılaraq otaq temperaturunda soyutduğunuz sudan bir stəkan götürüb una qatın və qarışmasını gözləyin.
Bankanın qapağını qapaqla, quru bez və yaxud da strec filmlə bağlaya bilərsiniz.
İlk bakteriyaların fəaliyyətə başlaması üçün bankanı bir kənara qoyun.
Mayalanmanın normal getməsi üçün quru üzüm və ya qırıq noxud dənələri də ata bilərsiniz.
Maya hazır olandan sonra bunları içərisindən çıxartmaq lazımdır.
12 saatdan sonra mayanı yoxlayın. Hələlik mayalanma tamamən başlanmadığı üçün un dibə çökmüş vəziyyətdədir.
Öncə qarışdırmaq lazımdır.
Ardından 1 stəkan un və 1 stəkan su əlavə edərək ağzını bağlamaq lazımdır.
2 ci gün yenə də mayanı tutduğumuz saatda ərzaqları qarışdıraraq 1 stəkan un və 1 stəkan su əlavə edin.Bundan sonra mayanı 24 saatda bir çoxalda bilərsiniz.
Hər gün eyni şəkildə un və su əlavə edin. Mühit temperaturuna görə və ərzaqların vəziyyətinə görə mayalanma fəaliyyətinə görə öncə rənginə və iyinə diqqət etməlisiniz.
Əgər mayanızın çoxaldığını düşünürsünüzsə yarsını başqa bir bankaya yığın.
Hər iki bankada da eyni metoddan istifadə edin.Temperatur normaldırsa 5-6 günə mayanız hazır olacaq, göz-goz qabaracaq, iyində kəskin turşumuş iyi hiss edəcəksiniz.
Artıq mayanız hazırdır və onunla xəmir yoğura bilərsiniz.

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar

Turşumuş xəmir mayası