Yazdırma Seçimləri:

Unsuz şokoladlı keks

Verimlilik1 Porsiya

unsuz şokaladlı keks

Lazım olan ərzaqlar
 85 q duzsuz küp -küp doğranmış kərə yağı (kiçik bir su stəkan dolusu)
 227 q bitter şokolad
 6 ədəd yumurta( ağı və sarıları ayrılmış)
 ½ stəkan şəkər tozu
 yanında servis etmək üçün qaymaqlı dondurma və ya çiyələk (arzuya görə)
Hazırlanma qaydası
1

• Sobanı əvvəlcədən 135 dərəcə yə qədər qızdırın.
• 23 sm ölçülü yuvarlaq bir keks qəlibini bir az kərə yağı ilə hər tərəfinıi yağlayın.
• Parçalanmış şokolad və kərə yağını benmari üsulu ilə əridin (benmari üsulu= bir qazanın içinə su dolduraraq ocağa alın və qazanın üzərinə də ıstiyə dayanıqlı başqa bir qab qoyun. Bu qabın içinə ərzaqları qoyun və ocağı yandırın.
• Qazandakı su qaynadıqca kərə yağı və şokolad yavaşça əriməyə başlayır.
• Yalnız şokolad əriyər-əriməz qabı qazanın üzərindən alın və soyumaya qoyun.
• Yumurta sarılarını mikserdə çırpmaya başlayın.
• Bu əsnada yumurta sarılarının içinə yavaş- yavaş ilınmaya burakdığınız şokoladlı qarışığı tökməyə başlayın.
• İşləmi tamamladıqdan sonra ayrı bir qabda yumurta ağlarını çırpmağa başlayın.
• Yumurta ağlarını ağ bir köpük olana qədər çırpın.
• Çırpmaya davam edərkən şəkəri yavaş -yavaş içinə tökün.
• Yumurta ağından təkrar-təkrar qaşıqla alıb şokolatlı qarışığa əlavə edib bir spatula yardımıyla altdan üstə doğru qarışdırın.
• Qarıştırma işləri bitdikdən sonra xəmiri qəlıbə tökün və fırınınızın orta hissəsində 45-50 dəqiqəyə yaxın bişirin.
• Bu səbəblə də 40 dəqiqədən sonra keksinizi yoxlayın, gərəkirsə soba qapağını açıb keksinizin ortasına bir kürdan batırıb bişib bişmədiyindən əmin olun.
• Keksinizin tərkibində un olmamasına rağmən yumşaq olacaqdır.
• Keksinizi sobadan çıxartdıqdan sonra qəlibiylə birlikdə bir ızgara telinin üzərində bir müddət saxlayıb soyudun.
• Tamamən soyuduqdan sonra qəlibinizdən çıxardıb yanında bir top qaymaqlı dondurma ilə servis edin.

Nuş olsun!