Unsuz və şəkərsiz keks

unsuz və şəkərsiz keks
unsuz və şəkərsiz keks

6 nəfərlik,

20 dəqiqəyə hazırlanır,

35 dəqiqəyə bişir.

Unsuz və şəkərsiz keks  üçün lazım olan ərzaqlar:

  • 1 su stəkanı qoz ləpəsi,
  • 1.5 su stəkanı  fındıq içi,
  • 3 yumurta,
  • 1.5 çay stəkanı  süd,
  • 2 yemək qaşığı bəkməz,
  • 1 paket qabartma tozu,
  • 1 paket vanilin,
  • 1 çay qaşığı darçın,
  • 1 yemək qaşığı portağal qabığı rəndəsi,
  • 8-10 xurma,
  • Yarım çay stəkan  quru üzüm,

Unsuz və şəkərsiz keksin hazırlanma qaydası:

  • Keks  tərifləri ən sevilən şirniyyatlar  arasında yer alsa da, karbonhidrat dəyəri yüksək olduğu üçün diqqətli tükədilməsi gərəkir.
  • Ərzaqlarınız  hazırdırsa aşağı kalorili unsuz və şəkərsiz keks tərifinə başlayaq .
  • İlk olaraq qoz  və fındığı əzərək  toz halına  gətirin.
  • Yumurtaların otaq temperaturunda olmasına  diqqət edin.
  • Qarışıma əlavə etməzdən öncə  yumurtanın ağ  və sarısını ayrı qablarda çırpa bilərsiniz.
  • Yumurtaları bir mikser yardımıyla 3-4 dəqiqə çırpın.
  • Süd, bəkməz, qabartma tozu, vanilin  və darçını yumurtaların üzərinə əlavə edin.
  • Çəkdiyiniz fındıq, qoz ləpəsi və portağal qabığı rəndəsini də əlavə edin. 
  • Kiçik -kiçik doğradığınız xurma və quru üzümləri də əlavə edərək taxta bir qaşıqla qarışdırın.
  • Hazırladığınız qarışımı  yağlı kağız sərili 20*20 ölçüdə dördkünc formalı bir qaba tökün.
  • Keksin qabarması üçün qabartma tozunun yanında bir çay qaşığı soda  əlavə edə bilərsiniz. 
  • Bunun nəticəsində  keksdə olan  turşuluq da azalacaqdır.
  • İstifadə edəcəyiniz  quru ərzaqları əlavə  edin.
  • Yağlı kağız istifadə etməsəniz  soba qabını kərə yağı ilə yağlayın.
  • Belə edərsinizsə keksi qabdan rahat çıxarda bilərsiniz.
  • Qısa zaman ərzində  hazırlanan keksin bir porsiyonu 300 kaloriyə yaxındır.
  • Əvvəlcədən   180 dərəcə qızdırılmış  sobada  30-35 dəqiqə  bişirin. 
  • Unsuz və şəkərsiz keksi  dadlandırmaq üçün kakaolu dondurma ilə birlikdə  servis edə bilərsiniz.

Nuş olsun!