Yazdırma Seçimləri:

Şokoladlı albalı

Verimlilik4 PorsiyonHazırlanma Müddəti15 dəqÜmumi Vaxt15 dəq

Vişnəli şokolad

Lazım olan ərzaqlar
 100 q albalı
 50 q bitter şokolad
Hazırlanma qaydası
1

Hazırlamaq üçün əsasən saplağı qopardılmamış və sağlam albalı götürün.
Bol su ilə təmiz yuyun və suyunu çəkdikdən sonra üzərindəki suyun tam quruması üçün gözləyin.
Bundan sonra bitter şokolad benmari üsulu ilə əridin:
Benmari üsülu ilə bu şəkildə əritmək olur:
Geniş bir qabda su qaynadın.
Bu suyun içərisinə dərin bir qab qoyun.
Su ikinci qabın içərisinə keçməməlidir.
Bitter şokalad asan əriməsi üçün kiçik parçalara bölün.
Şokalad parçalarını suyun içərisindəki ikinci qabın içərisinə qoyun.
Bu şəkildə temperatur maksimum 100 dərəcəni keçməyəcəyinə görə bitter şokoladın yanma ehtimalı heç yoxdur.
Bitter şokolad tam əridikdən sonra yuyulub suyu tamamiylə qurudulmuş albalının saplağından tutub ərimiş şokalada batırın.
Albalının hər tərəfi şokaladla örtülür.
Bundan sonra şokolada batırdığınız albalını yağlı bir kağızın üzərinə düzərək donması üçün soyuducuya qoyun.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 4