Yazdırma Seçimləri:

Whoopie Pie

Verimlilik4 PorsiyonHazırlanma Müddəti35 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt50 dəq

Whoopie Pie keksi hazırlamaq istəyirsiniz? Çox sadə, dadlı, ləzzətli bir keksdir. Qonaqlarınıza sevərək təqdim edə biləcəyiniz bir şirniyyatdır. Hazırlamaq çox zövqlüdür. İçərisində olan bitter şokolad və qaymağın qarışımi ilə birləşən keksi uşaqlar çox sevəcək .O zaman keksimizin reseptinə baxmağa tələsin. Süfrənizi bəzəyəcək bir keks resepti ilə sizlərin qarşısındayıq.

👉Keks Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd yumurta
 8 yemək qaşığı şəkər
 2 yemək qaşığı kakao
 ½ stəkan süd
 50 q əridilmiş kərə yağı ya da margarin
 9 yemək qaşığı un
 ½ paket qabartma tozu
👉İçlik Üçün
 50 q maye krema
 50 q bitter şokolat
👉Whoopie Pie Üçün Ərzaqların Yığılması
1

✅ Yumurtaları yuyub suyunu silin.
✅ İstifadə edəcəyiniz unu ələyin.
✅ Lazım olacaq qədər südü stəkana süzün.
✅ Şəkər tozunu bir kiçik kasaya yığın.
✅ Kərə yağı və yaxud marqarini əridib bir kasaya yığın.
✅ Qabartma tozunu da bir qabda qoyun.
✅ Kakao tozunu kiçik bir kasaya yığın.
✅ Lazım olacaq qədər bitter şokoladını kiçik kasaya qoyun.
✅ Kiçik bir kasaya duru kremanı yığın.
✅ İstifadə edəcəyiniz ərzaqlar hazırdır.
✅ Xəmiri bişirmək üçün soba sinisinə yağlı kağız sərin.

👉Whoopie Pienin Xəmirinin Hazırlanma Qaydası
2

Woopie Pie

✅ Yumurta və şəkəri çırpma qabına alıb çırparaq yaxşıca köpürdün.
✅ Daha sonra südü və ərimiş kərə yağını yumurtalı qarışımın üzərinə əlavə edib çırpın.
✅ Ələnən unu qarışdrma qabındakı ərzağın üzərinə əlavə edib yenidən yaxşı-yaxşı çırpın.
✅ Hazırladığınız xəmir çox qatı olmamalıdır.
✅ Sıxma torbasından sıxmaq mümkün olacaq qədər xəmir duru olmalıdır.

👉Whoopie Pie Bişirmə Qaydası
3

✅ Sobanı əvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Hazırladığınız xəmiri yağlı kağız sərdiyiniz soba sinisinə bir-birindən aralı olaraq düzün.
✅ Yağlı kağız sərilmlş soba listinə bir bir-birindən aralı düzün.
✅ Qızdırılmış sobada 15 dəqiqəyə yaxın bişirin.
✅ Kekslər bişdikdən sonra sobadan çıxardaraq soyumağa qoyun.

👉Whoopie Pie Üçün İçliyin Hazırlanması
4

✅ İçliyini hazırlamaq üçün maye kremanı ocağa alın.
✅ Qızdırdığınız kremanın içərisinə bitter şokoladını əzərək əlavə edib qarışdırın.
✅ Krema ilə şokolad qarışdıqdan sonra ocaqdan alın.

👉Whoopie Pienin Hazırlanma Qaydası
5

✅ Soyutduğunuz keksləri iki-iki ayırın.
✅ Keksin birinin üzərinə hazır kremalı içlikdən əlavə edərək ikinci keks ilə üzərini qapadın.
✅ Bütün kekslər bitənə qədər bu işləmi davam etdirin.
✅ Artıq o müthiş ləzzət hazırdır .

👉Keksin Servis Qaydası
6

✅ Keksi öz zövqünüzə uyğun bəzəyərək çay, qəhvə ilə birlikdə servis edə bilərsiniz.
✅ İstəsəniz üzərinə şəkər kirşanı səpərək servis edin.

Qeyd!
7

Woopie Pie

✅ İçi üçün istərsəniz krem şanti ,qaymaq, fındıq kreması da istifadə edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 4