Yazdırma Seçimləri:

Xəmiraşı (lobyalı və əriştəli şorba)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 20 dəq

Xəmiraşı

Lazım olan ərzaqlar
 160 q qoyun əti
 2 yemək qaşığı buğda unu
 10 ədəd yumurta
 10 q yağ
 20 q ağ lobya
 10 q sirkə
 1 ədəd baş soğan
 20 q keşniş
 10 q quru nanə
 istiot
Hazırlanma qaydası
1

Xəmiraşı

Sümükdən bulyon bişirin. Yumşaq qoyun ətindən baş soğan və ədviyyatla qiymə hazırlayın.
Hər pay üçün 5-6 ədəd küftəcik hazırlayın.
Bulyona qabaqcadan isladılıb bişirilmiş lobya və bərk xəmirdən hazırlanmış əriştə qatın.
Əriştənin xəmiri üçün una su, yumurta və duz vurub yoğurun və 1 mm qalınlığında yayın.
Sonra 5 mm enində lent şəklində əriştə kəsin.
Bulyonda küftəcikləri bişirin , sonra da əriştə və xırda lobyanı qatın.
Hazır olandan sonra xörəyə çərtilmiş göyərti vurun.
Süfrəyə verilən zaman üstünə quru nanə səpin.
Xörəyin yanına da ayrıca sirkə qoyun.

Nuş olsun!