Yazdırma Seçimləri:

Xanımın plovu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı1 saat 10 dəqÜmumi Vaxt1 saat 40 dəq

Xanımın plovu

Lazım olan ərzaqlar
 500 q düyü
 2 ədəd toyuq
 300 q kərə yağı
 34 yemək qaşığı alça turşusu
 300 q badam ləpəsi
 200 q kişmiş
 300 q xurma
 zəfəran
 duz
 istiot
Hazırlanma qaydası
1

İki ədəd toyuqlardan birini sinə hissəsindən iki yerə, digər toyuğu belindən iki yerə ayırın.
Bundan sonra toyuqları basdırma etmək üçün qarışığı hazırlayın.
Qarışıq bu şəkildə hazırlanır: Alça turşusunun içərisinə istiot və duz vurun və yaxşıca qarışdırın.
Doğranmış toyuq tikələrinin hər tərəfinə bu qarışıqdan çəkin və axşamdan basdırma edin.
Badam ləpəsinin üzərinə qaynar su əlavə edin.
20 dəqiqə badamlar suda gözləsin.
Bundan sonra badamların qabıqlarını rahatlıqla soya bilərsiniz.
Badam qabıqları soyulduqdan sonra şabalıdların da qabıqlarını soyub hazırlayın.
Kərə yağını əridin.
Zəfəranın üzərinə qaynar su əlavə edin.
Zəfəranın qaynar suda dəmlənməsini gözləyin.
Düyünü yuyun.
2 saat duzlu suda islatdıqdan sonra süzüb qaynayan duzlu suda bişirin və süzün.
İstiyə davamlı dərin qabın dibini yağlayın, sinə tərəfdən kəsilmiş toyuğu qaba yerləşdirin.
Üzərinə üzüm qurusu, şabalıd, badam ləpəsi əlavə edin, kərə yağı gəzdirin və zəfəranlı düyünü əlavə edin.
Düyünün üzərindən bel hissəsindən ayrılmış toyuğu qoyun.
Toyuq tikələrinin üzərindən isə yenə də badam ləpəsi, şabalıd və yerləşdirin.
Bunların üzərindən ərinmiş kərə yağı bərabər şəkildə gəzdirin.
Sobanı öncədən 150 dərəcəyədək qızdırın.
Bu sobada sobada xanımın plovu 30-35 dəqiqə dəmə qoyun.

Nuş olsun!