Yazan1001 dadKateqoriyaÇətinlikNormal

Verimlilik1 Porsiya
Ümumi Vaxt1 saat

Lazım olan ərzaqlar

Hazırlanma qaydası
1

• Xarço bişirmək üçün əvvəlcə qoyun və ya mal əti çox da kiçik olmayan tikələrə səliqə ilə doğranılır. Bundan sonra doğradığımız ət tikələri bir tavaya qoyulur vv çox güclü odda qızardılır.
• Bu ətlərin qızardıldığı əsnada baş soğanların qabıqları soyulur, bundan sonra doğranılır.
• Bundan sonra yerkökü qabıqları soyulur.
• Qabıqları soyulan yerkökü də doğranılır.
• Soyulub doğranılmış soğan və yerkökü də ətə əlavə olunur və birlikdə qovrulurlar.
• Soğan, yerkökü və ət birlikdə 10-15 dəqiqə qarışdırılaraq qovrulur.
• 10-15 dəqiqə birlikdə qovrulan ət, soğan və kök, bir qazana qoyulur.
• Bunların üzərinə su əlavə edilir. Suyun miqdarı: təqribən 2,5-3 litr olur. Diqqət: bu əlavə etdiyimiz su soyuq olmalıdır.
• Qazan ocağa qoyulur və vam odda arada qarışdırılır.
• Vam odda təqribən 30-45 dəqiqə arası qaynadılır.
• Ancaq bu zaman qaynama müddəti ətin yaşı və növünə görə dəyişir.
• Xarço, ət bişənə qədəd qaynadılır.
• Yemək bişərkən, pomidorların qabıqları soyulur, içərisinin özəkləri çıxardılır.
• Sonra pomidorlar sürtkəcdən keçirilir.
• Şirin bibərlər yuyulur, kiçik ölçüdə doğranılır.
• Çəyirdəkləri qarışmaması məsləhətdir.
• Düyü yuyulur.
• Qazandakı əti kontrol edirik.
• Tam bişdikdən sonra sürtkəcdən keçirilmiş pomidor və doğranmış bibərlər qazana əlavə edilir.
• Bundan sonra XARÇO üçün düyü də əlavə edilir və düyü də bişənə qədər qazan ocağın üzərindən götürülmür.
• Bu zaman istiot dənələri əzilir.
• Sarımsaqlar əzilir.
• Qoz ləpəsi əzilir.
• Bişən yeməyə əzilən istiot, sarımsaq, qoz və dəfnə yarpaqları əlavə edilir və qarışdırılır.
• Bundan sonra ocaq söndürülür.
• Ancaq xarço süfrəyə verilməzdən əvvəl təqribən 20 dəqiqə gözlədilməlidir.
• Yemək süfrəyə verilən zaman üzərinə halqa formasında doğranmış acı bibər, kiçik - kiçik doğranmış keşniş, cəfəri göyərtiləri tökülür.

Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar

Xarço