Yazdırma Seçimləri:

Xarço

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 20 dəq

batum, Xarço supu

Lazım olan ərzaqlar
 600 q mal əti
 2 ədəd baş soğan
 1 ədəd orta ölçülü kök
 4 ədəd pomidor
 2 ədəd yaşıl bibər (şirin)
 1 ədəd acı bibər
 34 diş sarımsaq
 4 yemək qaşığı yumru düyü
 1 stəkan təmizlənmiş qoz ləpəsi
 510 ədəd istiot (əzilməmiş)
 2 ədəd dəfnə yarpağı
 2 yemək qaşığı bitki yağı
 duz ( zövqə görə)
 12 dəstə göyərti ( keşniş, cəfəri)
Hazırlanma qaydası
1

batum, Xarço supu

Xarço bişirmək üçün əvvəlcə qoyun və ya mal əti çox da kiçik olmayan tikələrə səliqə ilə doğranılır.
Bundan sonra doğradığımız ət tikələri bir tavaya qoyulur və çox güclü odda qızardılır.
Bu ətlərin qızardıldığı əsnada baş soğanların qabıqları soyulur, bundan sonra doğranılır.
Yerkökünün qabıqları soyulur.
Qabıqları soyulan yerkökü də doğranılır.
Soyulub doğranılmış soğan və yerkökü də ətə əlavə olunur və birlikdə qovrulur.
Soğan, yerkökü və ət birlikdə 10-15 dəqiqə qarışdırılaraq qovrulur.
10-15 dəqiqə birlikdə qovrulan ət, soğan və kök, bir qazana qoyulur.
Bunların üzərinə su əlavə edilir.
Suyun miqdarı: təqribən 2,5-3 litr olur.
Diqqət: bu əlavə etdiyimiz su soyuq olmalıdır.
Qazan ocağa qoyulur və vam odda arada qarışdırılır.
Vam odda təqribən 30-45 dəqiqə arası qaynadılır.
Ancaq bu zaman qaynama müddəti ətin yaşı və növünə görə dəyişir.
Xarço, ət bişənə qədəd qaynadılır.
Yemək bişərkən, pomidorların qabıqları soyulur, içərisinin özəkləri çıxardılır.
Sonra pomidorlar sürtkəcdən keçirilir.
Şirin bibərlər yuyulur, kiçik ölçüdə doğranılır.
Çəyirdəkləri qarışmaması məsləhətdir.
Düyü yuyulur.
Qazandakı əti kontrol edirik.
Tam bişdikdən sonra sürtkəcdən keçirilmiş pomidor və doğranmış bibərlər qazana əlavə edilir.
Bundan sonra XARÇO üçün düyü də əlavə edilir və düyü də bişənə qədər qazan ocağın üzərindən götürülmür.
Bu zaman istiot dənələri əzilir.
Sarımsaqlar əzilir.
Qoz ləpəsi əzilir.
Bişən yeməyə əzilən istiot, sarımsaq, qoz və dəfnə yarpaqları əlavə edilir və qarışdırılır.
Bundan sonra ocaq söndürülür.
Ancaq xarço süfrəyə verilməzdən əvvəl təqribən 20 dəqiqə gözlədilməlidir.
Yemək süfrəyə verilən zaman üzərinə halqa formasında doğranmış acı bibər, kiçik - kiçik doğranmış keşniş, cəfəri göyərtiləri tökülür.

Nuş olsun!