Yazdırma Seçimləri:

Xarço

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı3 saatÜmumi Vaxt3 saat 10 dəq

batum, Xarço supu

Xarço Üçün Lazım Olan Ərzaqlar
 1 kq sümüklü mal əti
 2 ədəd ri pomidor
 3 ədəd iri soğan
 5 diş sarımsaq
 3 stəkan düyü
 göy alça
 4 ədəd xiyar turşusu
 qırmızı bibər
 1 dəstə keşniş və ya cəfəri
 zəfəran
 2 ədəd dəfnə yarpağı
 qara istiot
 Xmeli Suneli (khmeli suneli)
Xarço Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ Xarço üçün lazım olacaq sümüklü əti yuyub suyunu süzməsi üçün aşsüzənə yığın.
✅ Xarço bişirərkən lazım olacaq qədər düyünü əyırtlayıb yuyun .
✅ Şorba üçün lazım ola biləcək zəfəranı, duzu , döyülmüş qırmızı bibəri, istiotu , qozu, dəfnə yarpağını kiçik kasalara yığın.
✅ Xarço üçün lazım ola biləcək bitki yağını bir stəkana süzün.
✅ Lazım olacaq soğanı soyub bir kasaya alın.
✅ İstifadə edəcəyiniz pomidorları yuyub bir mətbəx dəsmalının üzərinə alın.
✅ Xarço üçün istifadə edəcəyiniz sarımsaqları təmizləyb bir kasaya yığın.
✅ Xarçonun üzərinə doğramaq üçün lazım olan göyərtini təmizləyib yuyun və suyunu çəkmək üçün mətbəx dəsmalının üzərinə sərin.
✅ İstifadə edəcəyiniz xiyar turşusunu bir kasaya yığın.

Xarço Bişirmək Üçün Ərzaqların Hazırlanması
2

✅ Xarço üçün bişirəcəyiniz əsümüklü əti doğrayın.
✅ Yuduğunuz düyünü suda isladın.
✅ Zəfəranı duzla əzib üzərinə qaynar su tökün.
✅ Quru tavaya qozu töküb azca qurudun.
✅ Sonra həvəngdəstədə döyün.
✅ Soğanları doğrayın.
✅ Pomidorn qabığını soyub doğrayın.
✅ Sarımsağı əzin.
✅ Göyərtiləri kiçik -kiçik doğrayın.
✅ Xiyar turşusunu doğrayın.

Xarçonun Bişirilmə Qaydası
3

batum, Xarço supu

✅ Əti 2,5 saat qaynadın.
✅ Ət qaynadıqdan sonra çıxardıb doğrayın.
✅ Kəfini yığın.
✅ Bulyonu tənzifdən süzüb ətə əlavə edin.
✅ Bitki yağında soğanlar şəffaflaşana qədər qızardın.
✅ Döyülmüş qırmızı istiotu əlavə edin.
✅ Qabığı soyulub doğranmış pomidoru, istiotu , duzu töküb qızardın.
✅ Sonra 2 çömçə bulyon əlavə edin.
✅ 9 dəqiqə bişirin.
✅ Qızartdığınız tərəvəzləri, düyünü , isladılmış zəfəranı, dəfnə yarpaqlarını da bulyona əlavə edin.
✅ Düyü bişəndən sonra qozu əlavə edin.
✅ Sarımsağı əzin, göyərtini doğrayıb şorbaya əlavə edin.
✅ Qarışdırıb txemali tökün.
✅ Duzunu yoxlayın.
✅ Dəfnə yarpaqlarını çıxardın.
✅ Xiyar turşusunu doğrayıb şorbaya əlavə edin.
✅ Qazanın qapağını örtün.
✅ Ocağı söndürüb 15-20 dəqiqə şorbanın özünü tutmasını gözləyin.

Xarçonun Servis Edilmə Qaydası
4

✅ Şorbanın üzərinə göyərtini əlavə edərək süfrəyə verə bilərsiniz.

Nuş Olsun!