Yazdırma Seçimləri:

Xırt-xırt Kartof

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı-120 dəqÜmumi Vaxt-8 dəq

Xırt-xırt Kartof Üçün Lazım Olan Ərzaqlar
 50 q Ammerlander kərə yağı
 100 q Qauda pendiri
 2 ədəd Kartof
 Göyərti
 Suxarı
 Duz
 İstiot
Xırt-xırt Kartof Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz Qauda pendirini kasaya yığın.
✅ İstifadə edəcəyiniz kartofları təmiz yuduqdan sonra mətbəx dəsmalının üzərinə yığın suyu çəkilsin
✅ İstifadə edəcəyiniz Amerlander kərə yağını kasaya yığın.
✅ Lazım olacaq göyərtiləri bir kasaya yığın.
✅İstifadə edəcəyiniz duzu kasasya yığın.
✅ İstifadə edəcəyiniz suxarını bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz istiotu bir kasaya yığın.

Xırt-xırt Kartof Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Qauda pendirini sürtgəcdən keçirdin.
✅Kartofların içərisindən uzununz doğru bambu şiş taxın.
✅Kartofları bıçaq yardımı ilə spiral şəklində kəsin.
✅ Spirallar bir-birindən ayırın.
✅ Göyərti kiçik-kiçik doğrayın.
✅ Soba sinisinin içərisinə bişirmə kağızı sərin.
✅ Amerlander kərə yağını azca əridin.

Xırt-xırt Kartofun Bişirilməyə Hazırlanması
3

✅ Suxarıya göyərtini əlavə edilb qarışdırın.
✅ Sürtkəcdən keçirilmiş pendiri suxarılı göyərti ilə qarışdırın və birlikdə yenidən kiçik-kiçik doğrayın.
✅ Spiral formasında kəsilmiş kartofu bişirmə kağızı sərilmiş siniyə qoyun.
✅ Yüngül əridilmiş Ammerlander kərə yağını fırça vasitəsi ilə kartofun üzərinə sürülür.
✅ Yağlanmış kartofun üzərinə Qauda pendirli göyərtili suxarı səpin.

Xırt-xırt Kartofun Bişirilməsi
4

✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ 180 dərəcə isidilmiş sobada qızarana kimi bişirin.

Xırt-xırt Kartofun Servis Edilməsi
5

Hazırlamış olduğunuz kartofu soyutmadan isti -isti servis edə bilərsiniz.

Nuş Olsun!