myasnoy piroqLazım olanlar:

  • Qiymə 500 q,
  • Soğan 1 dənə,
  • Sarımsaq 1 diş,
  • Su 100 ml,
  • Toyuq bulyonu  1 stəkan,
  • Pendir 140 q,
  • Kərə yağı – 30 г.
  • Duz,
  • Qırmızı bibər,
  • İstiot,

Xəmiri üçün:

  • süd- 125 ml,
  • qatıq – 125 ml,
  • Maya – 1 paket(7 q.)
  • Şəkər tozu- 1xörək qaşığı,
  • duz- 1 çay qaşığı,
  • yumurta- 1dənə,
  • un- 500 q
  • duru yağ- 6 xörək qaşığı,

hazırlanma   qaydası:

  • 125 ml südün içinə mayanı, şəkəri qatıb 15-20 dəqiqə dincə qoyun ki, bu müddətdə maya ərisin.
  • Əriyən mayanın içinə qatıq, şəkər duz , yumurta  və duru yağı qataraq yaxşı  qarışdırın.
  • Bunların içərisinə un qataraq yumşaq xəmir yoğurun.
  • Yoğrulan xəmirin üzərini örtərək isti yerdə  təqribən bir saat mayalanmağa qoyun.
  • Mayalanan  xəmiri kündələrə  ayırın.
  • 1 saat sonra kündələri yenidən  ovxalayaraq  üzərini yenidən örtün.
  • İkinci dəfə ovxalanmış xəmiri 3-4 mm qalınlığında yayın.
  • İçini hazırlamaq üçün soğanı, sarımsağı rəndələyin və üzərinə 100 ml toyuq suyu əlavə edin.
  • Bütün bunları qiymənin içinə qataraq  yaxşıca qarışdırın.
  • Öz  zövqünüzə görə duzunu əlavə edin.
  • Lap sonda isə holland pendiri rəndələyin.
  • Yaydığınız  xəmiri diametri 7,5 sm olan stəkanın ağzı ilə doğrayın.
  • Doğranmış xəmirin yanlarından çıxan xəmiri  qataraq yenidən yoğurub yayın və yenudən doğrayın.
  •  Doğranmış xəmirlərin üzərini sellofanla örtün ki, yayılan xəmirlər qurumasın.
  • Doğranmış xəmirlərin üzərinə hər tərəfinə 1 çay qaşığı qiyməni yayın.
  • Sonra isə üzərinə holland pendiri rəndələyin.
  • İşləm sona yetənə qədər üzərinə qiymədən yaymağa davam edin.
  • Hazırlanan qiyməli xəmiri bir-bir qatlayıb forma verin.
  • Əvvəlcə dairəvi xəmiri üst-üstə qatlayın.
  • Sonra iç qoyulmuş xəmiri düzəldərək üzlərını yüngülvari qatlayın.
  • Fırın tabağını yağlayıb üzərinə kağız sərin və kağızı da yağlayın .
  • Hazırladığınız ətli piroqu fırın tabağına yığın və fırına verin .
  • Birinci yuxanı hazırladığınız kimi o biri yuxaları da hazırlayıb içərisinə qiymədən yayın.
  • Hazırladığınız piroqların üzərini dəsmalla ötüb  yenidən 20 -30  dəqiqə  dincə qoyun.
  • Üzərini yağlamaq üçün 1 yumurtanın sarısını 1 çay qaşığı südlə qarışdırın.
  • Fırını 180 dərəcə qızdırdıqdan sonra hazır piroqları fırına verin və 35-40 dəqiqə bişirdikdən sonra temperaturu 175 dərəcəyə düşürdərək  15 dəqiqə  yenidən bişirin.
  • Hazır piroqları fırından çıxartdıqdan sonra onların üzərini kərə yağla yağlayaraq yenidən üzərini dəsmalla örtərək 15 dəqiqə dincə qoyun.
  • Sonra ilıq halda servis edə bilərsiniz.