Yazdırma Seçimləri:

Yağlama

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt30 dəq

Lazım olan ərzaqlar
 1 paket lavaş
 500 q qiymə
 23 ədəd soğan
 1 yemək qaşığı bibər tomatı
 1 çay qayığı tomat pastası
 duz
 istiot
 zeytun yağı
Üzəri üçün
 sarımsaqlı qatıq
Hazırlanma qaydası
1

Soğanların qabıqlarını soyun.
Sonra soğanları yeməklik doğrayın.
Qazana duru yağı alıb qızdirın.
Qızdırdığınız yağa soğanları əlavə edib qızardın.
Soğanlar qızarınca hazırladığınız qiyməni qizartmış olduğunuz soğanların içinə əlavə edin.
Qovurmaya davam edin..
Qiymə qovrulduqdan sonra duz və istiotu əlavə edin.
Hazırladığınız qiymənin üzərinə bol su əlavə edib qaynadın.
Oda davamlı şüşə qaba 1 ədəd lavaş açın.
Üzərinə hazırladığınız sosdan tökün.
Sosu lavaşın üzərinə yayın.
Sonra ikinci bir lavaşı onun üzərinə açın.
İkinci lavaşın üzərinə də həmən sosdan əlavə edib yayın.
Bütün lavaşlar bitənə qədər bu işləmi davam edin.İşləm sona yetəndən sonra dilimləmək lazımdır.
Sarımsaqları soyub narın-narın doğrayaraq qatığa qatmaq lazımdır.
Sarımsaqlı qatığa isə bir miqdar duz qataraq qatığı dadlandırın.
Hazırladığınız yeməyi dilimləmək lazımdır.
Dilimlədiyiniz yeməyin üzərinə sarımsaqlı qatıq gəzdirərək servis edin

Nuş olsun!