Qazan və tavaların təmizliyi bir az daha çətindir.
Xüsusi ilə də uzun müddət yüksək istilikdə qaldıqları üçün yağ yanıqları meydana gəlirsə….
Bunları təmizləmək isə heç də asan deyil.
Bunun üçün də qadınlar çox vaxt əsasən sərt kimyəvi tərkibli təmizləyicilər istifadə edirlər.
Bunları nəzərə alan “1001 dad” yemək saytı bu yazısında sizə yanmış yağ ləkələrinin asanlıqla necə təmizləyəcəyinizi anladacaqdır.
Lazım olanlar:
- ½ stəkan qabartma tozu,
- 1 və ya 2 xörək qaşığı hidrogen peroksid,
- Süngər
Necə istifadə olunacaqdır?
- Qabartma tozu və hidrogen peroksidi kiçik bir kasanın içində qarışdırın.
- Qarışım krem şanti halını alacaq.
- İçinə bir miqdar daha hidrogen peroksid əlavə edə bilərsiniz.
- Yanmış tava, ya qazanda yanıq ləkələrinin üzərinə bu qarışımı yaxşıca yayın.
- Hidrogen peroksid möhtəşəm təmizlik edir və yapışan yağ ləkələrini çıxarır.
- Metal qablar üzərində daha yaxşı effekt göstərir.
- Ardından süngərlə ovun.
- Ovduqdan sonra yuyun və durulayın.
- Təmiz yuyulan qazan və tavalarınızın parıltısı göz qamaşdıracaqdır.
Leave a Reply