Yazdırma Seçimləri:

Yarpaq Dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt1 saat 50 dəq

Yarpaq dolması Azərbaycan milli mətbəxinin əsas yeməklərindən biridir. Yarpaq dolmasını konservləşdirilmiş üzüm yarpaqlarıdan hazırlandığı kimi, mövsümündə təzə tənək yarpaqlarından da hazırlamaq mümkündür.

Yarpaq Dolması Üçün Lazım Olan Ərzaqlar
 100 q qoyun əti
 30 q düyü
 1 ədəd baş soğan
 keşniş
 şüyüd
 nanə
 40 q üzüm yarpaqı
 20 q qatıq
 10 q ərinmiş yağ
 duz
 İstiot
 darçın
 noxud ləpəsi
Yarpaq Dolmasının Hazırlanma Qaydası
İçliyin Hazırlanması
1

✅ Yarpaq dolması hazırlamaq üçün əvvəlcə yağlı qoyun ətindən qiymə hazırlanır.
✅ Qoyun əti ətçəkən maşından keçirilərkən, onunla birlikdə baş soğan da maşından keçirilir.
✅ Soğanlı qiymə hazırlandıqdan sonra keşniş, süyüd, nanə balaca-balaca doğranır və qiyməyə vurulur.
✅ Daha sonra keşniş, şüyüd, nanə vurulan soğanlı qiyməyə istiot və duz da əlavə edilir və dolmanın içi yaxşıca qarışdırılır.
✅ Dolmanın içi hazır olduqdan sonra təzə və ya duza konservləşdirilmiş üzüm yarpaqları suda çox az qaynadılır və dolma bişirməyə hazır hala gətirilir.

Dolmanın Bişirilməsi
2

✅ Dolmanın içi hazır olduqdan sonra təzə və ya duza konservləşdirilmiş üzüm yarpaqları suda çox az qaynadılır və dolma bişirməyə hazır hala gətirilir.
✅ Pörtlədilmiş üzüm yarpaqları səliqə ilə açılır.
✅ Qiymə yaxşıca qarışdırılır və hər yarpağa təqribən 25 qram olacaq şəkildə (dolmanın ölçüsü və yarpağın ölçüsünə görə bu miqdar dəyişir) qoyulur.
✅ Yarpaq dolmaları bükülür.
✅ Bükülən dolmalar səliqə ilə qazana düzülür.
✅ Bəzi hallarda yarpaq dolması sapa muncuq şəklində düzülür və bu halda qazana düzülür.
✅ Dolmalar qazana düzüldükdən sonra üzərinə bir az su əlavə edilir və bişirilməyə başlayır.
✅ Dolma bişərkən üzərinə tərsinə çevrilmiş bir qab qoyulur və qapağı örtülür.
✅ Dolmanın bişmə müddəti təqribən bir saatdır.
✅ Dolma süfrəyə verilərkən yanında ayrıca qatıq verilir.
✅ Bu zaman sarımsaqlı qatıqdan da istifadə etmək mümkündür.

Nuş Olsun!