merci dolma

 

Lazım olanlar:

  • 250 q yarpaq,
  • 1 su stəkanı yaşıl mərcimək,
  • 5 soğan,
  • 3 pomidor,
  • Yarım stəkan zeytun  yağı,
  • 1 çay qaşığı qırmızı toz bibər,
  • 1 çay qaşığı şəkər tozu,
  • 3-4 dənə cəfəri,
  • 1 stəkan isti su,
  • Yarım limon suyu,
  • Istiot,
  • Duz,

Hazırlanması:

  • Yarpaqları qaynar suda 2-3 dəqiqə saxlayıb çıxardın.
  • Mərciməyi yuyub bir qazana yığın.
  • Üzərini örtəcək qədər su əlavə edin.
  • Çox əzilməmək şərti ilə bişirin və süzün.
  • Soğanları doğrayın.
  • Pomidorları soyub küp küp doğrayın.
  • Tavada soğanlar qızarana qədər qovurun.
  • Pomidorları əlavə edib yüngülvari qovurun.
  • Süzülmüş mərcimək, bir az duz, istiot və qırmızı toz bibəri və şəkər tozunu əlavə edin.
  • Cəfərini doğrayın və bütün ərzaqları qarışdırıb 1-2 dəqiqə bişirin.
  • Ocaqdan düşürdərək soyumağa qoyun.
  • Qazanın dibinə bir neçə yarpaq sərin.
  • Yarpaqları açıb içərisinə mərciməkli xərci yerləşdirin və möhkəm sararaq qazana yerləşdirin.
  • Isti su, bir az duz və limon suyu əlavə edərək bişməyə qoyun.
  • Isti halda servis edin.