
Yaşıl pomidor turşusu.
Azəri mətbəxində qış hazırlıqları içərisində turşu hazırlamaq önəmli yer tutur.
Çox çeşidli meyvə tərəvəzlərdən istifadə edərək ləzzətli turşular hazırlamaq olar.
Yaşıl pomidor turşusunun da mətbəximizdə özünəməxsus yeri vardır.
Bu turşunu hazırlayarkən diqqət edəcəyimiz təməl qaydalara əməl etmək yetərli olacaqdır.
Bu qaydalar arasında ən önəmlisi istifadə edəcəyiniz malzəmələrin keyfiyyəti və istifadə olunacaq turşu suyunun hazırlanmasıdır.
Turşunuzda ana malzəmə yaşıl pomidordur.
Siz turşu bankalarınızı rəngləndirmək üçün araya qırmızı acı bibər, limon dilimləri və s. də qata bilərsiniz.
Bu turşu çox zaman limon suyu ilə hazırlanır.
Arzu edənlər sirkə ilə də hazırlaya bilərlər.
Lazım olan ərzaqlar:
- İstənilən miqdarda yaşıl pomidor,
- İstənilən miqdarda acı bibər,
- 5 yemək qaşığı qaya duzu,
- 1 l qaynadılıb soyutulmuş su,
- 2-3 yemək qaşığı şəkər,
- 8-10 diş sarımsaq,
- 2 limonun suyu,
- 1 çay stəkanı üzüm sirkəsi,
- Cəfəri ,
- Şüyüd,
- Noxud
Hazırlanma qaydası:
- Pomidorları yaxşıca yuyun..
- Bütün istifadə edəcəksinizsə bıçağınızla 4-5 yerindən ortasına qədər deşin.
- Arzu etsəniz bütün pomidorlarınızı alma dilimi kimi dördə bölüb də bankalara yığa bilərsiniz.
- Qaynar suda sterilizə edib qurutduğunuz bankaların alt hissəsinə 8-10 dənə noxud qoyun.
- Pomidorları bankalara əzilməyəcək şəkildə yerləşdirin .
- Bunu hazırlayarkən aralara sarımsaq və acı bibərlər də əlavə edin.
- Bankaların boğumuna qədər doldurmuş olduğunuz yaşıl pomidorların üzərinə cəfəri və ya şüyüd əlavə edin.
- Bir qab içərisində turşunun suyunu hazırlayın.
- Bunun üçün 1 lt qaynamış soyumuş suya, limon suyunu, şəkəri, iri dişli qaya duzunu qatıb qarışdıraraq bir turşu suyu əldə etmiş olarsınız.
- Arzu edənlır limon suyu yerinə sirkə istifadə edə bilərsiniz.
- Bəzən limon suyu və sirkəni birlikdə də istifadə edirlər.
- Turşu suyu cəfərinin üzərinə çıxacaq şəkildə bankaya doldurun.
- Turşu suyu pomidorların üzərini tamamən örtməzsə turşu xarab ola bilər.
- Qapağını sıx qapatdığınız turşularınızı sərin, günəş görməyən nisbətən qaranlıq bir ortamda turşumağa qoyun.
- Ən az 20-30 gün ərzində turşuyan pomidorları tükədə bilərsiniz.
Leave a Reply