Yumurta şirniyyatı

yumurta şirniyyatı

 

Yumurta  şirniyyatı  üçün lazım olan ərzaqlar:

Yumurta şirniyyatının   xəmiri üçün:

  • 2 ədəd yumurta,
    8 yemək qaşığı  qatıq,
    1,5 su  stəkanı un,
    1 paket qabartma tozu,

Yumurta şirniyyatının şərbəti üçün:

  • 2 su  stəkanı  su,
    2 su stəkanı  şəkər  tozu,
    4 damla limonun suyu

  Yumurta şirniyyatının hazırlanma qaydası:

  • Əvvəlcə şərbəti hazırlayaq.
  • Şərbəti hazırlamaq üçün su və şəkər tozunu bir qaba alın.
  • Şəkər əriyənə qədər qarışdırın.
  • Qarışımı qaynamağa qoyun.
    10 dəqiqə  yüksək atəşdə  qaynatdıqdan sonra 10 dəqiqə qədər  də  orta atəşdə  qaynadın.
  • Limon suyunu əlavə edib 5 dəqiqəyə yaxın vam odda qaynatdıqdan sonra oçaqdan alın və otaq temperaturunda soyumağa qoyun.
    Dərin bir kasaya  yumurtanı əlavə edin.
  • Çırpma teli yardımıyla yaxşıca çırpın.
    Üzərinə qatığı əlavə edib yenidən qarışdırın.
    Son olaraq  un və qabartma tozunu da əlavə edib hamar bir konsistensiya (kvam)alana qədər qarışdırın .
    Geniş bir tavaya duru  yağ əlavə edərək qızdırın.
  • Qızdırdığınız yağa  çay qaşığı yardımıyla xəmirdən parçalar tökün.
    Nar kimi  qızarmış olan yumurta şirniyyatlarını kəfgir yardımıyla yığın, yağını süzün və  kağız  dəsmalın üzərinə yığın.
  • Yağı süzülmüş olan şirniyyatı soyutduğunuz şərbətə salıb   kəfgirlə çıxardın.
    İlıq halda servis edin.

Nuş olsun!