Yazdırma Seçimləri:

Yuxa doğraması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Yuxa doğraması

Lazım olan ərzaqlar
 3 ədəd yuxa
 1 ədəd toyuq filesi
 125 q kərə yağı
 1 stəkan iri əzilmiş qoz
 5 stəkan su
 duz
Hazırlanma qaydası
1

Yuxalardan birini düz bir yerə sərib ortadan ikiyə kəsin.
Kəsilən yuxanı rulon kimi sarıyın və 5 sm genişliyində kəsin.
Yuxaların hər birini bu şəkildə hazırlayın.
5 stəkan suya duz əlavə edərək toyuq filesini bişirin.
Toyuğu qazandan alın.
Kəsilən yuxaları ocaqda qaynayan toyuq suyuna batırın.
Yağlanmış soba sinisinə bir sıra yuxa düzün.
Toyuq ətini didikləyin.
Bir azını yuxaların üzərinə yayın.
Bir az qoz səpin.Əridilmiş kərə yağı gəzdirin.
Üzəinə təkrar kəsilmiş yuxalardan qoyun.
Diğər ərzaqlardan yayın.
Yuxalar bitənə qədər buna davam edin.
Ən üstə iki çömçə isti toyuq suyu gəzdirin.
Qoz səpərək, kərə yağı gəzdirin. Istəsəniz 5 dəqiqə qədər sobada gözlədin.
İsti halda servis edin.

Nuş olsun!