Yazdırma Seçimləri:

Zebra Keksi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt55 dəq

Lazım olan ərzaqlar
 5 ədəd yumurta
 250 q şəkər tozu
 1 paket vanilin
 125 ml su
 250 ml duru yağ
 375 q un
 1 paket qabartma tozu
 2 yemək qaşığı kakao
 3 yemək qaşığı ilıq su
Hazırlanma qaydası
1

Yumurtaları bir qaba sındırın.
Yumurtaları qabarana qədər çırpın.
Sonra yavaş- yavaş şəkəri və vanilini əlavə edin və çırpmağa davam edin.
Ardından stəkandan bir barmaq az ilıq suyu əlavə edin.
Sonra yağını əlavə edin.
Ən sonda isə un və qabartma tozunu əlavə edib iki dəqiqə qədər çırpın.
Xəmiri ikiyə bölün.
Birinə kakao və suyu əlavə edib qarışdırın.
Yağlanmış və unlanmış qəlibin ortasına əvvəlcə sadə xəmirdən iki qaşıq qoyun.
Sonra onun ortasına iki qaşıq kakaolu xəmir qoyun.
Beləcə xəmirlər bitənə qədər davam edin.
Xəmirlər bitəndən sonra kürdanla şəkil verin.
Əvvəlcədən 160°qızdırılmş sobada üzəri qızarana qədər bişirin.
Icinin bisdiyindən əmin olmaq üçün sobadan çıxartmadan əvvəl kürdanla bişməyini yoxlayın.
Soyuduqdan sonra istər sadə, istərsəniz üzərinə pudra şəkəri
səpib və ya şokolad sürtərək servis edə bilərsiniz.

Nuş olsun!