Yazdırma Seçimləri:

Zeytun yağlı soğan dolması

Verimlilik4 PorsiyonHazırlanma Müddəti45 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 25 dəq

Lazım olan ərzaqlar
 500 q düyü
 12 ədəd orta ölçülü quru soğan
 23 yemək qaşığı fısdıq
 23 yemək qaşığı qarağat
 1,50 yemək qaşığı toz şəkər
 2 yemək qaşığı darçın
 2 yemək qaşığı quru nanə
 1 dəstə şüyüd
 150 q zeytun yağı
 1 stəkan pomidor suyu
 1 stəkan su
 istiot
 duz
Bişirmək üçün
 1 stəkan alma sirkəsi
 1 stəkan su
 ½ stəkan zeytun yağı
Hazırlanma qaydası
1

Soğanların üst qabıqlarını soyun.
Üstündən və altından dağılmayacaq şəkildə bir qapaq kəsin və bol suda, içləri çıxana qədər bişirin.
Çıxmayan içləri isə bir çay qaşığının yardımı ilə nazikçə qat- qat çıxardın.
Ən üst qabıqları geniş bir qazana bir qat düzün.
Qalan soğan qatlarını sudan çıxarıb süzün, mətbəx robortunda, ya da əldə kiçik parçalar halında doğrayın.
Soğanları zeytun yağı, şəkər və fıstıqla birlikdə fıstıqlar qızarana qədər qovurun.
Qarağat qurusunu isti suya qoyaraq şişənə qədər gözləyin.
2 stəkan düyünü yuyun, qovrulmaqda olan soğanlara əlavə edin və 10 dəqiqə daha birlikdə qovurun.
Şişmiş qarağat, darçın, nanə, duz, istiot, bir stəkan pomidor suyu və 1 stəkan su əlavə edin və vam odda suyunu çəkə qədər bişirin.
İçinə 1 dəstə şüyüdü incə- incə doğrayın, qarışdırın və dəmlənməyə qoyun.
Hazırladığınız için soyumağını gözləyin.
Hazırlanan içi yemək qaşığı ilə alın və soğanlara doldurun.
Üstlərinə pomidordan qapaq qoyun.
1 stəkan su, sirkə və ½ stəkan zeytun yağı əlavə edərək vam odda 40-45 dəqiqə bişirin.
Soyuduqdan sonra qazanla birlikdə soyuducuda bir gecə saxlayın.
Ertəsi gün servis tabağına alaraq süfrəyə verin.
Üzərini təzə nanə yarpaqları ilə bəzəyin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 4