zeytunlu pendirli rulon

Zeytunlu pendirli izgara kabak rulon  üçün lazım olan  ərzaqlar:

  • 5ədət orta böyüklükdə  kabak,
  • 1 su stəkanı lor pendiri,
  • ½ dəstə şüyüd,
  • 1 çay stəkanı bibərli yaşil zeytun,
  • 1ədəd bibər,
  • 1 çay stəkanı maye  yağ,
  • Duz,
  • İstiot,
  • Pul bibər

Zeytunlu  pendirli izgara kabak rulonun  hazırlanması qaydası:

  • Kabakları təmiz yuyun.
  • Qabıqlarını alacalı şəkildə soyun.
  • Soyulmuş kabakları yarım sm qalınlığında uzunlamasına kəsin.
  • Hamısını duzladıqdan sonra sulanan hissələrini kağız dəsmal ilə sıxaraq qurudun.
  • Fırça ilə kabakların iki üzünə maye yağ çəkin.
  • Teflon tavada kabakların hər iki üzünü qızardın.
  • Bibər, şüyüd və yaşıl bibərləri incə-incə doğrayın.
  • Qalan ərzaqları qarışdırın.
  • Əldə etdiyiniz qarışıqdan hər bir kabak diliminə bir parça qoyub rulon təki bükün .
  • Yan -yana düzüb şüyüd ilə bəzəyib servis edin.