fbpx

Min Bir Dad

Səbzi qovurma

Səbzi qovurma

Səbzi qovurma

Səbzi qovurma üçün lazım olan ərzaqlar:

Hər payına

  • Qoyun əti: 330 qram,
  • Baş soğan: 100 qram,
  • Yağ: 25 qram,
  • Abqora: 10 qram və ya limon duzu: 0,3 qram,
  • Zəfəran,
  • Yaşıl ispanaq: 50 qram,
  • Keşniş,
  • Kəvər,
  • Şüyüd,
  • Duz,

Səbzi qovurma hazırlanma qaydası:

  • Səbzi qovurma bişirmək üçün əvvəlcə qoyun cəmdəyinin bel hissəsindən və ya bud hissəsindən ət götürülür.
  • Bu ət təqribən 25-30 qramlıq tikələrə doğranılır.
  • Götürülən ətin sümüksüz olmasına diqqət yetirmək lazımdır.
  • Doğranılan bu qoyun əti tikələri yağda qızardılır.
  • Baş soğanlar soyulur, doğranılır.
  • Doğranılan soğanlar yağda yüngül qızardılır.
  • Yağda qızardılan soğanlar da qovrulmuş qoyun ətinə əlavə edilir və qarışdırılır.
  • Bundan sonra soğanlı ətə abroqa və ya limon duzu, zəfəran şirəsi vurulur və qarışdırılır.
  • Qazanın qapağı örtülür.
  • Xörəkyin  öz buxarında bişməsi məsləhətdir.
  • Xörək bişənə yaxın (bişməsinə təqribən 5 dəqiqə qalanda) əvvəlcədən kiçik ölçüdə doğradığımız keşniş, kəvər, ispanaq vurulur və qarışdırılır. İstəyə görə başqa göyərti də əlavə etmək mümkündür.
  • Xörək bişib hazır olduqdan sonra süfrəyə isti halda verilir.
  • Süfrəyə verilən xörəyin üzərinə kiçik – kiçik doğranmış təzə şüyüd səpilir.
  • Səbzi qovurma süfrəyə plovla birlikdə verilir.

Səbzi qovurma yanında plov hazırlanması:

  • Plov adi qaydada hazırlanır.
  • Belə ki…
  • Plovu hazırlamaq üçün əvvəlcə duyu ayırtlanır.
  • Biraz suda gözlədilir və suyu bir neçə dəfə dəyişdirilir.
  • Bundan sonra düyü temperaturu 60 dərəcə olan duzlu suda gözlədilir.
  • Bir qazanda su qaynadılır.
  • Yuyulub biraz  suda gözlədilən düyünün suyu süzülür və qaynar suya əlavə edilir.
  • Burada düyü bişənə qədər qaynayır.
  • Düyünün əzilməməsinə, dənələrin diri qalmasına diqqət yetirmək lazımdır.
  • Bişib hazır olan düyü, suyu süzülür və geniş bir qazanda dəmə qoyulur.

 

So, what do you think ?