Yaz qış demədən sevdiyiniz və mövsümündə olan istədiyiniz tərəvəzlərdən istifadə edərək hazırlaya biləcəyiniz tərəvəz şorbası tərifi həzmi asanlaşdırmaqla yanaşı həm də çox aşağı kalorili bir şorbadır.
6 nəfərlik,
20 dəqiqəyə hazırlanır,
20 dəqiqəyə bişir.
Tərəvəz şorbası üçün lazım olan ərzaqlar:
-
4 yemək qaşığı duru yağ,
-
1 ədəd quru soğan,
-
2 ədəd kök,
-
1 ədəd qırmızı dolmalıq bibər,
-
1 ədəd kərəviz sapı,
-
1 ədəd kabak,
-
2 ədəd təzə soğan,
-
1 çay qaşığı duz,
-
1 çay qaşığı istiot,
-
6 su stəkanı su,
Şorbanın tərbiyəsi üçün:
-
1/2 su stəkanı qatıq,
-
2 yemək qaşığı un,
-
1 çay qaşığı duz,
-
1 ədəd yumurta sarısı,
-
3-4 damcı limon suyu.
Tərəvəz şorbası necə hazırlanır?
- 4 yemək qaşığı duru yağı qazanda qızdırın.
- Üzərinə küp doğradığınız 1 ədəd quru soğanı əlavə edib yumşalana qədər qovurun.
- Bütün tərəvəzlərin eyni vaxtda bişmələrini təmin etmək üçün eyni ölçüdə doğramağa çalışın.
- Üzərinə bir dəqiqə arayla 2 ədəd küp doğranmış kök, 1 ədəd dolmalıq qırmızı bibər, 1 ədəd kərəviz sapı, 1 ədəd kabak və 2 ədəd doğranmış təzə soğan əlavə edib qovurmağa davam edin.
- Ardından 1 çay qaşığı duz, 1 çay qaşığı istiot və 6 su stəkanı suyu qazana əlavə edib qarışdırın.
- Qapağını qapadıb qaynamağa qoyun.
- Şorbanın rənginin daha gözəl olması üçün nişasta istehsal edən kartofu istifadə etməyin.
- Şorba qaynamağa başlayarkən tərbiyyəsi üçün yarım su stəkanı qatığı əlavə etdiyiniz bir kasada 2 yemək qaşığı un, 1 çay qaşığı duz, 1 ədət yumurta sarısı və 3-4 damla limonu qataraq möhkəm çırpın ki, içində yumrular qalmasın.
- Üzərinə qaynamaqda olan şorbanın suyundan bir çömçə alıb yavaş- yavaş tökün və qarışdırın.
- Qaynamış olan şorbanın altını azaldın və hazırladığınız qarışımı yavaş-yavaş əlavə edin.
- 10 dəqiqə daha vam odda bişirdikdən sonra isti olaraq servis edin.
- Süfrəyə verərkən yanında doğranmış şüyüd, cəfəri və təzə soğan qoyub servis edə bilərsiniz.
Nuş olsun!
So, what do you think ?