Min Bir Dad

Şəhriyəli quzu şorbası

0

sehriyeli kuzu corbasi

Şəhriyəli quzu şorbası üçün lazım olan ərzaqlar:

  • 250 q  kiçik-kiçik  doğranmış quzu əti,
  • 1 ədəd quru soğan,
  • 1 ədəd kök,
  • 1 ədəd kərəviz,
  • 1 ədəd kartof,
  • 1 ədəd şalgam,
  • 1 çay stəkanı arpa şəhriyə,
  • 1 stəkan incə doğranmış kələm,
  • 1 ədəd yumurta,
  • 3 diş  sarımsaq,
  • 1 ədəd dəfnə yarpağı,
  • 1 ədəd
    limonun  suyu,
  • ½ dəstə cəfəri
  • 1 çay qaşığı duz,
  •  istiot,
  •  pul bibər,
  • 7 stəkan su,

Şəhriyəli quzu şorbasının  hazırlanması qaydası:

  • Ətləri  təmiz-təmiz yuyun.
  • Aşsüzənə yığın ki, suyunu çəksin.
  • Sonra ətləri kiçik-kiçik doğrayın.
  • Ətləri bir qazana yığın  və üzərinə 7 stəkan su əlavə edin.
  • Ətlər tamamən ymşalana qədər bişirin.
  • Ətlər bişən zaman üzərinə yığılan  köpüklərini ara-sıra alın.
  • Bütün tərəvəzləri küp-küp doğrayaraq  bişən ətin içinə atın.
  • Tərəvəzlər bişənə qədər ətlə birlikdə qaynadın.
  • Şəhriyəni ayırtlayın və ədviyyatlarla birlikdə  ətə əlavə edin.
  • Cəfərini yuyun .
  • Narın -narın doğrayın.
  • Doğranmış cəfərini də ətin üzərinə əlavə edin.
  • Yumurta və limonu yuyun.
  • Limonun suyunu sıxın.
  • Ayrı bir kasada  yumurtaya limonu  da qataraq  yaxşı -yaxşı çırpın.
  • Çırptıqdan sonra şorbadan  bir az  əlavə edərək azca qızdırın və yenidən şorbaya əlavə edin.
  • Sarımsaqları soyub kiçik-kiçik doğrayın.
  • Kərə yağında bir az qovurun.
  • Sarımsaqlı kərə yağını  qızarmış çörəklərin üzərinə  yayın.
  • Şorbanın yanında servis   edin.

So, what do you think ?