Min Bir Dad

Şəkərbura

Şəkərbura

Şəkərbura

Şəkərbura

Şəkərbura, Azərbaycan milli şirniyyat növüdür. Bu ləzzətli ləzzətli milli şirniyyat – şəkərbura əsasən səməni ilə birlikdə Novruz bayramı süfrələrinin bəzəyidir. 

Şəkərbura hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 1 kiloqram un,
  • 3 ədəd yumurta,
  • 250 qram təmiz kərə yağı,
  • 1 stəkan süd,
  • 2 xörək qaşığı xama,
  • yarım çay qaşığı quru maya,
  • 500 qram qabığı təmizlənmiş fındıq ləpəsi,
  • 500 qram şəkər tozu,
  • 1\4 çay qaşığı hil,

Şəkərbura necə hazırlanır?

Bu ləziz təmı hazırlamaq üçün əvvəlcə şəkərbura xəmiri hazırlanır.

Xəmiri hazırlamaq üçün:

  • Südü bir qabda ılıq olana qədər isidin.
  • Kərə yağı əridin.
  • Mayanı ilıq süddə açın.
  • Bu mayalı süd 5-10 dəqiqə qalıb köpüklənir.
  • Xəmir hazırlanacaq unun ortasını hovuz kimi açın.
  • Bu hovuzun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edin.
  • Normal xəmir yoğurun.
  • Xəmirin üzərinə nəm bez örtün və bu xəmiri yaxşıca bükün.
  • Xəmirin mayalanması üçün isti olmalıdır.
  • Hazırladığımız xəmiri təqribən bir  saat acımağa qoyun.
  • Xəmir yaxşıca acımalıdır.

Şəkərbura  içliyini hazırlayın:

  • Fındıq ləpəsini tavada qovurun.
  • Qovrulmuş fındıq ləpəsinin qabığını təmizləyin.
  • Qabıqları təmizlənən fındıq ləpəsini elektrik və ya vl maşını vasitəsi ilə üyüdün.
  • Üyüdülmüş fındıq ləpəsinin içərisinə şəkər tozu və hil əlavə edin.
  • Bütün bunları yaxşıca qarışdırın.
  • Şəkərbura xəmiri artıq acıyıb.
  • Acımış xəmirdən təqribən qozdan biraz böyük 10 ədəd kiçik kündəcik düzəldin.
  • Bu zaman xəmirin hamısını kündələməyin.
  • Bir hissəsini saxlayın
  • Xəmiri hissə – hissə kündələmək məsləhətdir.
  • Çünki belə etmədiyimiz təqdirdə kündələr quruya bilər və nəticə istədiyimiz kimi alınmaz.
  • Təqribən 8-10 ədəd kiçik kündə hazırlayın, onları düzəldib qurtardıqdan sonra yenidən kündələyin.
  • Bu şəkildə, xəmirin hamısı bitənə qədər şəkərburanı düzəltməyə davam edin.

Şəkərburanın  bükülmə qaydası:

  • Bunun üçün kündələrdən birini götürüb 10 sm diametrində bir yuxa yayın.
  • Sonra yayılan kündəni ovcunuzun içərisinə qoyun və bu yuwanın içərisinə təqribən 2 çay qaşığı hazır iç qoyun.
  • Bu zaman xüsusi ilə diqqət etmvk lazımdır ki,  şəkər tozu uc hissələrə dağılmasın.
  • əks təqdirdv şəkərburanın uc hissələri yaxşı yapışmayacaq.
  • İçərisinə iç qoyulan yuxanın yanlarını uc – uca birləşdirin.
  • Bundan sonra yuxanı bükün.
  • Bunu həm yuxarıdan aşağı, həm də aşağıdan yuxarı istiqamvtdə mükmək mümkündür.
  • Bükülən şəkərburalarına bəzək maqqaşından istifadv edərək naxış vurun.
  • Naxış vurduğumuz şirniyyatları çalışmaq lazımdır ki, bir – birlərindən bir az aralı dursunlar.
  • Onları səliqə ilə düzün.
  • Şəkərburaların hamısı bükülüb, bəzəndikdən sonra artıq bişirməyv hazırlamaq olar.
  • Fırını əvvvlcədən 170 – 180 dərəcəyə isidin.
  • Sonra bu isidilmiş duxovkada şəkərburanı təqribən 20 – 25 dəqiqə bişirin.
  • Bişdikdən sonra duxovkadan çıxardın.
  • Bişib hazır olan şəkərburaları sərin yerdə saxlamaq lazımdır.
  • Ancaq bu zaman diqqət etmək lazımdır ki, çox soyuq yer olmasın.
  • Bişən şəkərbura üstü açıq olaraq gözlədilməlidir.
  • Səliqvli və açıq düzmək lazımdır ki, naxışlar quruyub bərkisin, pozulmasın.
  • Bişmə zamanı diqqət etmək lazımdır ki, şəkərburanın üzü qızarmasın.
  • Bişdikdən sonra şəkərbura düz və geniş bir qaba yan yana səliqə ilə düzülməlidir.
  • Tam soyuyub özünü tutan şəkərburalar, ağzı örtülə bilən bir qaba yığılır.

Nuş olsun!

 

 

So, what do you think ?