fbpx

Min Bir Dad

Şəkərlənmiş portağal qabığı

0

şəkərlənmiş portağal qabığı

Ərzaqlar:

  • 1 ədət portağal qabığı,
  • 1 su stəkanı şəkər tozu,
  • 1 su stəkanı su,

Bulamak üçün:

  • 1 kasa toz şəkər,

Hazırlanma qaydası:

  • Portağal qabıqlarınızı soyup incə bir şəkildə uzunlamasına kəsin.
  •  Əlimizlə yuvarlayaraq iynə yardımı ilə ipə düzüb  1 gecə bu şəkildə saxlayın.
  • Daha sonra bir qazana su qoyub qaynadın. Portağal qabıqlarını  iplə bərabər qazanın içinə qoyub  5 dəqiqə  qaynadın.
  • Qazanın suyunu boşaldıb  təkrar su qoyub  yenidən qaynadın.
  • Bu əməliyyatı  3 dəfə təkrar edib  portağal qabığının acı suyunu çıxardın.
  • Sonra sudan çıxardıb süzün.
  • Daha sonra ayrı bir qazana 1 stəkan su və 1 stəkan şəkər alıb  şərbət  qatılığına gələnə qədər  qaynadın.
  • Portağal qabıqlarınızı  içinə atıb  10 -15 dəqiqə  daha qaynadın.
  • Şərbətin içindən çıxarıb  bir tabağa qoyduğunuz  toz şəkərə  bulayıb  çıxardın.
  • 1saata  qədər qurumasını gözləyin.
  • Bu arada ipini də  çıxartmağı yaddan çıxartmayın.
  • Artık şəkərləməniz  servisə hazırdır.

 

So, what do you think ?