Min Bir Dad

Şəkərsiz əncirli kurabiyə

Şəkərsiz əncirli kurabiyə

şəkərsiz əncirli kurabiyyə

şəkərsiz əncirli kurabiyyə

Şəkərsiz əncirli kurabiyə  bişirmək istəyirsiniz?

1001  dad saytı  istədiyiniz  ən ləzzətli”Şəkərsiz əncirli kurabiyə”  tərifini təqdim edir!

   1001 dad yemək saytı ” Şəkərsiz əncirli kurabiyə”ni    böyük bir keyiflə hazırlamanızı  və sevdikləriniz ilə birlikdə yemənizi arzu edir !

Bu tərifi  ən çox  uşaqların yemək   çantalarına qoymaq üçün  sağlam qida axtaran  anaların işinə yarayacaq. Şəkərsiz, hazırlamaq sadə və  çox ləzzətlidir.

Uşaqlarınız bu   kurabiyyələri bir- bir yedikcə siz də  çayınızın yanında özünüzə kiçik bir sağlam şirniyyat   hədiyyə etmiş olarsınız. 

Lazım olan ərzaqlar:

  • 2 yumurta,
  • 4 yemək qaşığı zeytun  yağı,
  • 2,5 su stəkanı  yulaf unu,
  • 1 su stəkanı  iri -iri doğranmış  fındıq,
  • 10 ədəd  quru əncir,
  • 2 yemək qaşığı quş üzümü,
  • 1 paket qabartma tozu,

Hazırlanma qaydası:

  • Quru əncirləri 3-4 saat yumuşalana qədər  isti  suda saxlayın.
  • 2 yumurta və zeytun  yağı köpük- köpük olana qədər çırpın.
  • Yumurta və zeytun yağı qarışımının içərisinə yulaf unu, doğranmış  fındıq və qabartma tozu əlavə edin.
  • Xəmir  kurabiyə   xəmiri kimi   olana qədər yoğurun.
  • Ən son kiçik-kiçik  doğranmış əncirlər və quş üzümünü  də qarışıma əlavə edərək qarışdırın .
  • Əllərinizi  bir az su və  ya yağ ilə isladılaraq   qoz  böyüklüyündə kurabiyələr hazırlayın.
  • 160 dərəcə qızdırılmış fırında   üzəri qızarana qədər bişirin.
  • Bişdikdən sonra fırından çıxardaraq soyumaya qoyun.
  • Tamamən soyuduqdan sonra şüşə bir saxlama qabına yığın.
  • Həm soyuq, həm də isti halda servis edə bilərsiniz.
  • Ən çox soyuq halında servis edilir.

 Nuş olsun!

So, what do you think ?