Min Bir Dad

Şəlalə keks

0

Şəlalə keks 

Şəlalə keks

Şəlalə keks

Şəlalə keks 

Şəlalə keksi üçün lazım olan ərzaqlar:

  • Keksin xəmiri üçün:

    4 yumurta,
    1 su stəkanı şəkər tozu,
    1 su stəkanı  zeytun yağı,
    1 su stəkanı  süd,
    3 yemək qaşığı kakao,
    2.5 su stəkanı  un,
    1 paket vanilya,
    1 paket qabartma tozu

Kremi üçün: 

  • 2.5 su stəkanı  süd,
    1 yemək qaşığı un,
    1 yemək qaşığı buğda  nişastası.
    4 yemək qaşığı    şəkər tozu,
    1 paket vanilin.

Şokolat sosu  üçün:

  • 1 su stəkanı  süd,
    1 su stəkanı ı su,
    1 yemək qaşığı un,
    1 paket vaniln,
    2 yemək qaşığı kakao,

Üzəri üçün:

  • İncə  döyülmüş Antep fıstığı

Hazırlanma qaydası:

  • Kremini hazırlamaq üçün lazım olan ərzaqları qazana yığıb yaxşıca qarışdırın.
  • Orta atəşdə qatılaşana qədər bişirin.
    Kremi ocaqdan düşürdüb soyumağa qoyun.
    Keks xəmirini hazırlayarkən içinə vurduğunuz yumurta və şəkəri yaxşı-yaxşı çırpın.
  • Zeytun yağı, süd, vanilin  və kakaonu  əlavə edib çırpmağa davam edin.
    Qabartma tozu ilə  unu  əlavə edib yaxşıca çırpın.
    Keks  qəliblərini  yağlayıp, hazırladığınız xəmirləri  çömçənin köməyi ilə  qəliblərə paylaşdırın.
  • Əvvəlcədən 175 dərəcə qızdırılmış fırında 30-35 dəqiqə qədər bişirin.
    Hazır olan keksi izqara teli üzərinə alıb soyumağa qoyun.
    Şokolad sosu hazırlamaq üçün bütün ərzaqları bir qaba yığın.
    Davamlı qarışdıraraq mühalləbi qatılığına gəlincəyə qədər bişirin.
  • Şokolad sosunu ocaqdan düşürüb soyunağa qoyun.
    Soyuyan kekslərin alt hissəsindən bir qaşıq yardımı ilə içlərini çıxardın.
    Kremi kekslərin içərisinə doldurub çıxartmış olduğunuz   keks parçalarını keksin üzərinə qoyun.
    Keksləri servis tabağına düzün.
    Üzərinə hazırladığınız şokolad sosunu gəzdirin.
    İncə döyülmüş Antep fıstığı   ilə üzərini süsləyərək  servis edin.

Nuş olsun!

 

So, what do you think ?