Min Bir Dad

Səməni

0

səməni

səməni

Səməni saxla məni 

İldə göyərdərəm səni

Səməni, Azərbaycanda Novruz bayramı zamanı mütləq hər evdə olur. 

 

 

Səməni hazırlamaq üçün lazım olanlar: 

  • 0,5 kq buğda,
  • Təmiz tənzif,
  • Su,
  • İçərisində səməni hazırlanacaq qab,

Hazırlanma qaydası:

  • Səməni hazırlamaq üçün buğdanı şişməsi üçün tənzifin içərisində bir gün suda gözlətmək lazımdır.
  • Sonra bir kiçik qabda səməni hazırlanacaq buğda yayılır, üzərinə nəm tənzif sərilir.
  • Cücərməyə başladıqdan sonra üzərinə hər gün su səpilir.
  • Tam hazır olması, təqribən 10 günə başa gəlir.
  • Bundan sonra ətrafına qırmızı lent sarılaraq bayram novruz bayramı süfrələrini bəzəyir.
  • Qurumaması üçün arada yüngül sulamaq lazımdır.
  • Səməni, həmçinin halva, şirə hazırlamaq üçün də istifadə olunur. Səməni halvası Azərbaycan milli kulinariyasında istifadə olunan halva növüdür.
  • Şirə, qüvvətli antiaksidant olub, insan sağlamlığı üçün lazımlı bir çox maddə ihtiva etməkdədir. Bu şirə həmçinin xərçəngin qarşısını almağa kömək edir.
  • Yaşıl buğda cücərtiləri, baharın gəlməsini, təbiətin yenidən canlanmasını işarə edir. Torpağa həyat gəlməsini göstərir.
  • Azərbaycanda qədim zamanlardan bəri Novruz bayramının, novruz süfrələrinin bəzəyidir.
  • Qədim Türk mədəniyyətində səməni özünə geniş yer tutub.
  • Şəkərbura, paxlava, şor qoğalı, bayram yumurtası kimi məhsullarla birlikdə novruz bayramı süfrələrini bəzəyir.

 

 

So, what do you think ?