sayfa içeriği

Min Bir Dad

Şabalıd unlu keks

  Şabalıd unlu keks  

şabalıd unlu keks

Şabalıd unlu keks

 Şabalıd unlu keks

Hazırladığınız keksdə şabalıd unu istifadə edərək tamamən fərqli bir ləzzət tapmağa nə deyirsiniz?

Çox oxunaqlı olan 1001 dad yemək saytı  sizlərin axtardığı fərqli bir keks tərifini təqdim edir.

Keks tərifləri arasında ən çox oxunan yemək təriflərindən  biri olan “Şabalıd unlu keks”i böyük bir keyiflə hazırlamanızı  və sevdiklərinizlə  birlikdə nuş etməyiniz arzusuyla!

Şabalıd unlu keks üçün lazım olan ərzaqlar:

  • 3 ədəd  yumurta,
  • 1 su stəkanı şəkər tozu,
  • 1 su stəkanı maye yağ,
  • 1 su stəkanı  süd,
  • 1 paket qabartma tozu,
  • 1 paket vanilin,
  • 500 q şabalıd   unu,

Şabalıd unlu keksin hazırlanma qaydası:

  • Dərin bir qabda yumurtaları sındırın.
  • Sındırdığınız yumurtaların içərisinə şəkər tozunu əlavə edin.
  • Bu qarışığı mikserin köməyi ilə yaxşıca çırpın.
  • yumurta və şəkər tozu tamamən qarışdıqdan sonra onların üzərinə yağ  və süd əlavə edərək bir az yenidən qarışdırın.
  • Qarışdırdıqdan sonra içərisinə şabalıd unu və qabartma tozunu da əlavə edin.
  • Quru ərzaqları da əlavə edərək taxta qaşıq və ya şpatulanın köməyi ilə ərzaqları yaxşıca qarışdırın .
  • Fırın sinisini yaxşıca yağlayın.
  • Yağladığınız fırın sinisinə  hazırladığınız qarışığı tökün.
  • Əvvəlcədən 200 dərəcə qızdırdığınız fırında 10 dəqiqə bişirin.
  • 10 dəqiqə sonra isə fırının temperaturunu 180 dərəcəyə endirin.
  • 40 dəqiqəyə yaxın bişdikdən sonra keksin bişməsini kurdanla yoxlayın.
  • Keks bişmişdirsə fırından çıxardaraq soyumağa qoyun.
  • Tamamən soyuduqdan sonra qəlibdən çıxardın.
  • Soyuq halda servis edin.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *