Min Bir Dad

Şabalıdlı göbələk qovurması

Şabalıdlı göbələk qovurması

Qış aylarının ən önəmli  yeyəcəyi  olan şabalıdı  siz də yeməklərin içərisində yemeyi sevənlərdənsinizmi?

Elə isə  sizə müthiş bir tərifimiz var!

Şabalıdın özünəməxsus dadı    yeməklərə elə bir ləzzət verir ki,  fikirləşirsən   ki,   kaş əvvəlcədən də belə yemək hazırlamış olaydım.

1001 dadın sizlərə təqdim etdiyi bu  yeməyi çox sevəcəksiniz. 

Ət yeməkləri  ilə   birliktdə  də şabalıdı  tərcih edə  bilərsiniz.

4 nəfərlik,

10 dəqiqəyə hazırlanır,

15 dəqiqəyə bişir

 

Şabalıdlı göbələk qovurmasıüçün lazım olan ərzaqlar:

  •  3 yemek qaşığı  maye yağ,
  • 2 yemək qaşığı  kərə yağı,
  • 1 ədəd   quru soğan,
  • 400 q   göbələk,
  • 3 diş  sarımsaq,
  • 6   budaq təzə kəklikotu,
  • 1 çay qaşığı  duz,
  • 1 çay qaşığı  istiot,
  • 15 ədəd şabalıd (bişib soyulmuş),
  • 3 yemək qaşığı  soya sosu,

Şabalıdlı göbələk qovurmasının hazırlanma qaydası:

  • Əvvəlcə göbələkləri yuyub təmizləyin və suyunu süzməyə qoyun.
  • Sonra şabalıdları bişirib təmizləyin  və doğrayın.
  • Soğanları doğrayın.
  •  Bir tavada  maye  yağı  və   kərə yağını qızdırın.
  • Ardından   doğranmış soğanları da əlavə edərək  qovurun.
  • Qovrulan soğanların üzərinə göbələyi əlavə edin və suyunu  tamamən çəkənə qədər   qovurmaya davam edin.
  • Ardından dilimlənmiş sarımsakqarı, 5-6 budaq  təzə kəklikotunui, duzu, istiotu  da   əlavə edib qarışdırın.
  • Son olaraq   şabalıd və soya sosunu əlavə edib 3-4 dəqiqə  ocaqda çevirin və ocakqdan alıb  isti halda  servis edin.

So, what do you think ?