Min Bir Dad

Şabalıdlı içli küftə

içli küftə

İçli küftə

 

Şabalıdlı içli küftə üçün lazım olanlar:

  • 3 stəkan incə bulğur,
  • 2 ədəd soğan,
  • 100 qram yağsız qiymə,
  • 2 ədəd kartof,
  • 3 qaşıq qırmızı bibər,
  • 1,5 qaşıq irmik,
  • 1,5 qaşıq un,
  • duz

İçlik üçün:

  • 500 qram qiymə
  • 3 ədəd soğan
  • 1 stəkan şabalıd
  • 1 stəkan qoz ləpəsi
  • qırmızı bibər
  • istiot,
  • duz

Bişirmək üçün:

  • Maye yağ

Şabalıdlı içli küftənin  hazırlanma qaydası:

  • İçli küftə hazırlamaq üçün əvvəlcə bulğuru yarım stəkan suda isladıb yumşaldın.
  • Rəndələnmiş soğanı, qiymə və pul bibəri bulğura əlavə edib yumşaldın.
  • Kartofları suda bişirin və əzib püre halına gətirin.
  • Sonra kartof püresini, irmiyi, un və duzu da əlavə edin, xəmir halına gələnə qədər yoğurun.
  • Kiçik doğranmış soğanları qovurun.
  • Qiyməni və ədviyyatı əlavə edin.
  • Ocağı söndürəndə duz əlavə edin.
  • Duxovkada yarım saat bişirdiyiniz şabalıdları təmizləyin və əzin.
  • Qiyməyə şabalıd və qoz əlavə edin.
  • Bulğurlu xəmirdən mandarin böyüklüyündə parçalar qopardıb incə bir şəkildə açın.
  • Bir qaşıq iç qoyun və qapatın.
  • Maye yağda qızardın.
  • Küftələr qızılı rəng alana qədər qıardın.

So, what do you think ?