sayfa içeriği

Min Bir Dad

Saç hörgülü toyuq

Saç hörgülü toyuq 

 

Saç hörgülü toyuq

Saç hörgülü toyuq

Saç hörgülü toyuq 

35 dəqiqəyə hazırlanır.

5-6 nəfərlik

“Qonaqlarınıza hazırlayıb ikram esdəcəyiniz ən dadlı bir yemək”

Axtardığınız, lakin tapa bilmədiyiniz bir yemək tərifini sizlərə təqdim etməyi vacib bildik.

Ən çox oxunan yemək təriflərindən biri olan “Saç hörgülü toyuq”tərifini böyük bir keyiflə hazırlamanızı və yaxınlarınızla birgə afiyətlə  yeməyinizi arzulayıram!

Saç hörgülü toyuğun hazırlanması üçün lazım olan ərzaqlar:

  1. 2 ədəd sümüksüz toyuq döşü,
  2. 3 şorba qaşığı dolusu  qatıq,
  3. 3 çay stəkanı maye yağ,
  4. 1 şorba qaşığı tomat,
  5. İstiot,
  6. Köri (istəyə  bağlı),
  7. Kəklikotu (istəyə  bağlı),
  8. duz,

Saç hörgülü toyuğun hazırlanma qaydası:

Sos üçün böyük bir kasanın içərisinə qatıq, yağ, tomat,  duz  və başqaədviyyatları  da əlavə edib  bir çırpma teli ilə çırpın.

Qarışıq hazır olandan sonra toyuqları  yanlamasına ikiyə kəsərək incəldin.

Toyuq ətlərini qarışığın içinə qoyub sosa bulayın.

Kasanın üzərinə strec film çəkin və ertəsi gün istifadə etmək üçün soyuducuya qoyun.

Bişirəcəyiniz zaman soyuducudan çıxardın və kəsərək şəkil verin və uc hissəsini kürdanla bərkidin.

Teflon və ya keramik tavanı əvvəlcədən qızdırın və çox azsüzmə zeytun  yağı əlavə edin.

 

Hər iki üzünü  yüksək atəşdə  qızardın.

Üzərinə kəklokotu səpərək istədiyiniz qarnitürla servis edə   bilərsiniz.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *