Min Bir Dad

Sadə biskvit

biskivitƏrzaqlar

  • 1 stəkan şəkər,
  • 1 stəkan un,
  • 4 yumurta,
  • Vanil,

Hazırlanması:

  • Yumurtanın ağını  sarısından ayrın.
  •  Mikserin ən aşağı sürəti ilə ağları  çırpıb ,yavaş –yavaş,qaşıq-qaşıq şəkər əlavə edərək  çırpın  və vanil qatın.
  •  Bu qarışıq kifayət qədər ağ rəngli və qatı olduqdan sonra sarıları əlavə etməyə başlayın.
  • Bundan sonra  mikserin sürətini artıraraq çırpın.
  • Sonra kiçik kütlələrlə unu əlavə edib qaşıqla aşağıdan yuxarı istiqamətdə qarışdırın.
  • Un qatılandan sonra  xəmirə mikser salmaq olmaz!
  • Hazırlanmış xəmiri yağlanmış qaba töküb 200 dərəcəyədək qızdırılmış sobaya qoyun.
  •  20-25 dəqiqə müddətinə bişirin.
  • Biskvitin bişirilməsinin əsas qaydası- bişmə zamanı sobanın qapağını açmaq olmaz!
  • Yoxsa biskvit nazik olacaq.
  • Bişdikdən sonra soyudub qabdan ayırın.
  • Qaydalara tam riayət etsəniz ideal biskvit əldə edəcəksiniz.
  • Yumurtanin sarisini ayrica pesokla  birlikdə  mikserlə agaranacan çalib qatilasmis yumurta agina əlavə edəndə daha effektli olur.

So, what do you think ?