Şaftalı mürəbbəsi
Şaftalı mürəbbəsi
Şaftalı mürəbbəsi üçün lazım olan ərzaqlar:
- 1 kq sərt şaftalı,
- 1 kq toz şəkər,
- 1 şirniyyat qaşığı kərə yağı,
- 1 ədəd çubuq darçın,
- Yarım limon suyu.
Şaftalı mürəbbəsinin hazırlanması:
- Əvvəlcə şaftalıları yuyub suyunu süzün.
- Sonra şaftalıların qabıqlarını soyun.
- Öz istəyinizə görə doğraya bilərsiniz.
- Doğradıqlarınız şaftalıları qazana yığın.
- Üzərinə şəkər tozu əlavə edin. qazanın qapağını örtün və bir gecə soyuducuda saxlayın.
- Ertəsi gün qazanı ocağa alın və orta temperaturda qaynamağa qoyun.
- Qaynamağa başladıqdan sonra vam odda bişirin.
- Köpüklənməməsi və mürəbbənin parlaq olması üçün içərisinə kərə yağı əlavə edin.
- Əgər köpüklənərsə köpükləri qaşıqla təmizləyin.
- Darçın çubuğu da əlavə edərək 10-15 dəqiqə gözlədikdən sonra içərisindən çıxardın.
- Qatılaşana qədər qaynadılan şaftalı mürəbbəsinə limon suyu əlavə edib 5 dəqiqə daha qaynadın və ocaqdan alın.
- Hazır şaftalı mürəbbəsini otaq temperaturunda soyumağa qoyun.
- İlıq olandan sonra bankaya yığıb qapağını möhkəm bağlayın və sərin bir yerdə saxlayın.
So, what do you think ?