sayfa içeriği

Min Bir Dad

Şaftalılı buzlu çay

0

seftalili-soguk-cay

Şaftalılı buzlu çay

 Şaftalılı buzlu çay üçün lazım olan ərzaqlar:

  • 2  stəkanı dəmli çay,
  • 2 ədəd  şaftalı,
  • 6  stəkan  su,
  • 1 su stəkanı şəkər,
  • 1 çay qaşığı limon duzu,
  • 1 ədəd limon,

Şaftalılı buzlu çayın hazırlanma qaydası:

  • Əvvəlcə şaftalını təmiz yuyun.
  • Yuyulan şaftalının  suyunu dəsmal ilə silin.
  • Sonra həmən şaftalıları    iri parçalara bölüb qazana  alın.
  • Üzərinə 6 stəkan suyu əlavə edib  qaynamağa qoyun.
  • 2 yemək qaşığı  ətirli   çay və 1 yemək qaşığı normal çayı 3  stəkan  suyla dəmləyin.
  • Şaftalılar təmiz  yumşalıncaya qədər   bişirib altını söndürün.
  • 20 dəqiqə o şəkildə saxlayın və sonra cunadan  süzün.
  • Çay dəmləndikdən sonra onu da eyni qaydada süzün.
  • Çayı da süzdüyünüz suya  əlavə edin.
  • 1 su stəkanı şəkər,   limon duzu və 4 parçaya bölünmüş limonu  süzdüyünüz suya   əlavə edib qarışdırın.
  • Soyuduqdan sonra soyuducuya qoyun.
  • Ertəsi gün limonları içindən alın (Limon çox qalarsa çayınızın dadı dəyişər.)
  • Hazırladığınız çay 2 gün içərisində tükədilməlidir.
  • Soyuq halda servis edin.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *