sayfa içeriği

Min Bir Dad

Saxsıda soslu küftə

3340_650x433 saxsida soslu kofte

Saxsıda soslu küftə

Saxsıda soslu küftə üçün lazım olan ərzaqlar:

  • 500q qiymə,
  • 1 ədəd quru soğan,
  •  2 diş sarımsaq,
  •  1 ədəd yumurta,
  •  100 q holland pendiri,
  •  Köhnə çörək içi,
  • Pul bibər,
  • Cəfəri,
  • İstiot,
  • Duz,
  •  2 ədət pomidor,
  •  1 diş sarımsaq,
  •  1 yemək qaşığı tomat,

Saxsıda soslu küftənin hazırlanma qaydası:

  • Soğan, sarımsaq, cəfəri və yumurtanı roborta  alıb  çırpın.
  • Yoğurma qabına qiyməni alıb üzərinə robotdan keçirtdiyiniz ərzaqları və köhnə çörək içini, duz və ədviyyatları əlavə edib  yoğurun.
  • Yoğurduğunuz küftəyə  istəyinizə görə  şəkil verin.
  •  Üzərini streç film ilə  bağlayaraq 2 saat soyuducuya qoyun.
  • Sos hazırlamaq üçün  pomidorları rəndələyin.
  • Bir tavaya az miqdarda maye yağ tökərək pomidorları da içinə  əlavə edin .
  • Pomidorlar bir az bişdikdən sonra  tomat ,sarımsaq və  ədviyyatları da əlavə edin.
  • Üzərinə yarım stəkan su əlavə edib  bir az bişirin.
  • Soyuducuda olan küftələri tavaya alaraq  maye yağda iki tərəfli  qızardın.
  • Küftələri fırında  da  bişirəcəyiniz üçün çox  bişməsinə ehtiyac yoxdur.
  • Küftələri saxsı qablarına alaraq üzərinə hazırlamış olduğunuz pomidor sosunu əlavə edin.
  • 180 dərəcəyə yaxın qızdırdığınız fırında bişirin.
  • Suyunu çəkib  üzəri qızarmağa başladığında holland pendirini rəndələyib üzərinə səpin.
  • Pendirlər əriyənə kədər fırında saxlayın və sonra yeməyi fırından alın.
  • İsti halda plov ilə birlikdə servis edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *