fbpx

Min Bir Dad

Sembusek (ət qutabı)

0

maridin-sembusek

Ərzaqlar:

  • 3 su stəkanı tam buğda unu,
  • 1 su stəkanı ağ un,
  • 1 su stəkanı su,
  • 1 kiçik çay stəkanı qatıq,
  • Yarım çay stəkanı  duru yağ,
  • 1 yemək qaşığı quru maya,
  • 2 çay qaşığı duz,

İç üçün lazım olan ərzaqlar:

  • 300 q qiymə,
  • 1 orta boy soğan,
  • 1 ədət pomidor
  • 2 ədət yaşil bibər,
  • Bir 4 yemək qaşığı duru yağ,
  • Istiot ,
  • Bir az cəfəri,
  • Çox  az raziyana,
  • Duz ,

Üzərinə:

  • 1 yumurta sarısı,
  •  1 çay qaşığı qatıq,

Hazırlanması:

  • Xəmir üçün olan ərzaqlardan bir yumşaq xəmir yoğurun.
  • Xəmirin üzərini örtüb  mayalanmaya qoyun.
  • Xəmir  mayalanana qədər  içi hazırlayın.
  • Soğan, bibər, pomidor və cəfərini kiçik doğrayıb  qiyməyə qatın.
  • Duru yağ, ədviyyat və duzu da qatıb qarışdırın.
  • Mayalanan xəmirdən 2 qoz böyüklüyündə parçalar qoparıb  yuvarlayın.
  •  Unu səpərək vərdənə ilə kiçik bir tort tabağı böyüklüyündə  oval şəkildə  açın.
  • Açılan xəmirin yarısına içdən 1 qaşıq qoyub  yayın.
  • Diğər yarısını üzərinə qapadın.
  • Kənarlarını kəsərək qapadın.
  •  Siniyə yerləşdirib  üzərinə  yumurta və qatıq qarışığını sürtün.
  • Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.

 

Qeyd:

  •  Ununu tamamən ağ və ya yarı-yarıya qarışdıraraq işlədə bilərsiniz.

 

So, what do you think ?