Min Bir Dad

Simit kababı(incə bulğur kababı)

0

smit kababı

Lazım olanlar:

  • Yarım kq qiymə,
  • 1 stəkan incə bulğur,
  • 1 soğan,
  • 3-4 diş sarımsaq,
  • 1 dolu qaşıq bibər tomatı,
  • 1 çay qaşığı acı bibər tomatı,
  • 1 şirniyyat qaşığı nanə,
  • 1 çay qaşığı cirə,
  • 1 çay qaşığı istiot,
  • 1 şirniyyat qaşığı duz,
  • Taxta şiş

Servis etmək üçün:

  • Lavaş,
  • Izqarada bişirilən pomidor və bibər,

Hazırlanması:

  • Bulğuru isti suda isladın.
  • Ağzı bağlı qabda bulğur bişənə qədər saxlayın.
  • Içinə çox incə doğranmış soğan, ədviyyatlar, tomatları, qiyməni qataraq tamamən qarışana qədər yoğurun.
  • Taxta şişləri isladın.
  • Yoğrulan qarışıqdan limon böyüklüyündə parçalar ayırın və şişlərə taxın.
  • Incəldərək şəkil verin.
  • Yağlanmış fırın tabağına düzün və alt üstü çox qurutmadan bişirin.
  • Bibər və pomidorlar yağsız tavada közləyin.
  • Servis tabağına lavaşı qoyun.
  • Üzərinə şişdən çıxardılan kababları yerləşdirin.
  • Pomidor və bibərlə bəzədiyiniz kababları isti-isti servis edin.

So, what do you think ?