Min Bir Dad

Simit

simit

simit

Simit

Lazım olanlar: 

  • 1 kq un,
  • 10 qram yaş maya,
  • 15 qram duz,
  • 2,5 stəkan su,

Üzəri üçün: 

  • 1/2 stəkan bəkməz,
  • 1/2 stəkan su,
  • Küncüt dənələri,

Simitin  hazırlanma qaydası: 

  • Hazırlamaq üçün mayanı suda həll edin.
  • Köpüklənənə qədər təqribən 10 dəqiqə gözlədin.
  • Un və duzu qarışdırın.
  • Duzlu unun ortasını hovuz şəklində açın.
  • Buraya mayalı suyu əlavə edin və 20 dəqiqə yoğurun.
  • Yoğurduğunuz simit xəmirini acımağa qoyun.
  • Təqribən 1 saat sonra xəmir acıyır.
  • Bundan sonra acımış xəmirdən məhsul hazırlanır.
  • Su və bəkməz qarışdırılır.
  • Bişməmiş simitlər bu sosa batırılır və 2-3 dəqiqə dincəldilir.
  • Bəkməzlənən yarımfabrikatlar dincəldildikdən sonra küncüt dənələrinə batırılır.
  • Duxovka 220 dərəcəyə isidilir.
  • Hazırlanan küncütlü simitlər isti duxovkada bişirilir.
  • Bişmə müddəti təqribən 7-8 dəqiqədir.

Qeyd:

  • Yaş maya yerinə qur umaya da istifadə etmək olar.

So, what do you think ?