Min Bir Dad

Şişdə toyuq

tovuk şişLazım olanlar:

  • 250 q toyuq döşü,
  • 1 diş sarımsaq,
  • 1 qaşıq tomat,
  • Yarım çay stəkanı duru yağ,
  • Duz,
  • Istiot,
  • Cirə,
  • Qırmızı bibər,

Hazırlanması:

  • Toyuq ətlərini yuyub , quşbaşı dilimləyib dərin bir kasaya yığın.
  • Sarımsağı toyuğun üzərinə rəndələyin.
  • Duz, tomat,duru yağ və ədviyyatları da əlavə edib yaxşıca yoğurun.
  • Soyuducuda yarım saat qədər dincə qoyun.
  • Daha sonra soyuducudan çıxardıb tək –tək çöp şişə düzün.
  • Tavaya duru yağ qoyub qızdırın və şişləri tavaya alıb orta atəşdə hər tərəfini qızardın və servis edin.

 

So, what do you think ?