Min Bir Dad

Sobada blincik dolması

0

f;r;nda krep sarma

Sobada Blincik Dolması

Ərzaqlar: (8 ədəd)

  • 2 ədət yumurta,
  • 2 su stəkanı süd,
  • Yarım su stəkanı su,
  • 2 yemək qaşığı zeytun yağı,
  • 1.5 su stəkanı un (silə olacaq),
  • 1 silmə şirniyyat qaşığı duz

Dolma üçün lazım olan  ərzaqlar:

  • 500 q. orta yağlı qiymə,
  • 1 böyük soğan,
  • Bir dəstə cəfəri,
  • 3 yemək qaşığı suxarı,
  • 1 ədət yumurta,
  • İstəyə görə, istiot,cirə , kəklik otu,  qırmızı bibər,
  • Şirniyyat qaşığı duz,

Sos ərzaqları:

  • 1 su stəkanı süd,
  • 2 ədət yumurta,
  • 1 çay stəkanı pendir,

Blincik necə hazırlamalı?

  • Duru ərzaqları dərin bir qaba alıb  qarışdırın.
  • Duzunu atın.
  • Unu ələyərək duru ərzaqlara qatın.
  • Xəmirin duru olması çox vacibdir
  • Qatı olarsa blinciklərin bişməsi çətinləşər və içi xəmir qalar.
  • Teflon tavanızı  yağlayın.
  • Yaxşıca qızmış tavanıza bir çömçə blincik xəmirindən töküb xəmiri tavanın hər yerinə yaymağa çalışın.
  • Altı bişən blincikin üst hissəsində olan xəmir tamamən itəcəkdir.
  • Bu zaman blinciki o biri  tərəfinə çevirin.
  • Blinciki nə çox  yüksək, nə də çox zəif atəşdə bişirməniz doğru olmaz.
  • Orta atəşdə  bişirin.

Yeməyin hazırlanması:

  • Dolmanın ərzaqlarını  15 dəqiqəyə yaxın yoğurun.
  •  8 ədət uzun küftə hazırlayın.
  •  Küftələri tavada çox az yağla bərabər bir az qızardın.
  • Hazırladığınız blinciklərin bir tərəfinə küftələrdən qoyun.
  • Kənarlarını içə qatlayın və rulon kimi bükün.
  • Fırın tabağına yerləşdirin.
  • Sosun ərzaqlarını qarışdırıb möhkəm çırpın və blinciklərin üzərinə tökün.
  • 180 dərəcəlik fırında holland pendirləri qızarana qədər bişirin.

Mənim servis tövsiyyələrim:

  •  Bu yeməyi dilimləyərək və yanında tərəvəz və ya kartof qızartmasıyla servis edin.
  • Yanına da bol köpüklü bir ayran verə bilərsiniz.
  •  Yemək 8 nəfər üçündür.
  • Yetməz deyə də düşünməyin.
  • Bir dənə blincik  dolması bir nəfəri doyura bilir.

Bənzər reseptlər

Qaz əti ilə blincik resept

Südsüz blincik resept

 

So, what do you think ?