Min Bir Dad

Sobada qiyməli pendirli güvəc

Sobada qiyməli pendirli güvəc

Sobada qiyməli pendirli güvəc  üçün lazım olan ərzaqlar:

  • 100 q holland pendiri,
  • 150 q qiymə,
  • 2 ədəd rəngli bibər,
  • 2 ədəd pomidor,
  • 1 xörək qaşığı pomidor tomatı,
  • Duz,
  • İstiot,
  • Göyərti

Sobada qiyməli pendirli güvəc  hazırlama qaydası:

  • Əvvəlcə bibərləri, pomidorları, göyərtiləri  təmiz yuyub suyunu çəkməsi üçün mətbəx dəsmalının üzərinə alın.
  • Yuduğunuz göyərtiləri kiçik-kiçik doğrayın.
  • Rəngli bibərləri də kiçik-kiçik  doğrayın.
  • Pomidorları isə iki hissəyə ayıraraq aypara şəklində doğrayın.
  • Holland pendirini rəndələyin.
  • Tavanı bir az qızdırdıqdan sonra qiyməni tavaya alın.
  • Qiymə bir az bişdikdən sonra doğradığınız bibərləri də qiyməyə əlavə edib bir az bişirin.
  • Daha sonra duz və  istiot əlavə edərək qarışdırın.
  • Daha sonra tomat pastasını qiyməyə əlavə edərək qarıdırın.
  • Göyərtini də əlavə edərək bir iki dəfə də qarışdıraraq hazır qiyməni güvəcə yığın.
  • Üzərini düzənləyərək doğranmı pomidoru qiymənin üzərinə düzün.
  • Ən sonda isə üzərinə  rəndələmi olduğunuz holland pendirini əlavə edərək fırına verin.
  • Fırını əvvəlcədən qızdırmaq lazımdır.
  • Pendir əridikdən sonra güvəci fırından çıxardaraq isti halda servis edin.

Nuş olsun!

So, what do you think ?