sayfa içeriği

Min Bir Dad

Soğan bozbaş

Soğan bozbaş

Soğan bozbaş

Soğan bozbaş hazırlamaq üçün lazım olan ərzaqlar:

Hər payına

  • 163 q qoyun əti,
  • 20 q quyruq,
  • 150 q kartof,
  • 20 q şabalıd,
  • 14 q albuxara yaxud alça,
  • 15 q  keşniş,
  • 100 q baş soğan,
  • 0,1 q zəfəran
  • duz.

Soğan bozbaş hazırlanma qaydası:

Hər pay üçün 2-3 tikə qoyun ətini  bişirin..

Kartofları  soyun.

Soyulan kartofları yuyun və kubik şəklində doğrayın.

Şabalıdı əvvəlcədən biçirib qabıqlarını soyun.

Bunlar hazır olduqdan sonra bişirdiyiniz ətə qatın.

Hazır olmasına 10 dəqiqə qalmış yağda qızardılmış soğan, albuxara və ədviyyət qatıb   bişirin.

Quyruq yağı əlavə  edildikdə soğanı  çiy əlavə edin.

Süfrəyə verilən zaman üstünə çərtilmiş keşniş səpin.

Yay zamanı qırmızı pomidor da əlavə eləmək olar.

Qeyd:

Soğan-bozbaş çox zaman ətsiz hazırlanır.

Belə halda bulyona, yağda qızardılmış soğan, sonra isə soyulub doğranmış kartof, adi xörəklər kimi digər məhsullar qatılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *