Min Bir Dad

Soğanlı kartoflu keks

Soğanlı kartoflu keks

Soğanlı kartoflu keks

Soğanlı kartoflu keks

Soğanlı kartoflu  keks üçün lazım olan ərzaqlar: 

  • 2 orta boy kartof,
  • 1 kök,
  • 1 orta boy quru soğan,
  • 3 yumurta
  • 1 stəkan qatıq,
  • 1 su stəkanı  zeytun yağı,
  • 2 çay qaşığı duz,
  • 1 paket qabartma tozu,
  • 2 çay qaşığı qırmızı pul bibər,
  • 1 yemək qaşığı quru nanə,
  • 1/2 dəstə şüyüd,
  • 2 su stəkanı un.

Üzəri üçün:

  • Kətan toxumu,
  • Küncüt,
  • çörəkotu

Soğanlı kartoflu keksin hazırlanma qaydası:

  • Soyduğunuz kartofları  nərdi  zəri buöyüklügyündə küp-küp  doğrayın.
  • Soğanı soyub  yeməklik doğrayın və kökü  soyub  rəndələyin.
  • Kartoflarla kökü  qarışdırın və bir kənarda gözlədin.
  • Yumurtaları dərin bir qaba qırıb qatıq və   zeytun yağını əlavə edin.
  • Duz, qabartma tozu və ədviyyatları və incə doğradığınız şüyüdü  əlavə edib  qarışdırın.
  • Unu və soğanlı qarışığı yumurtalı qarışığa əlavə edərək yaxşıca  qarışdırın.
  • Dördkünc  (35×20 sm ) bir fırın qabını zeytun yağıyla yağlayın.
  • Hazırladığınız duzlu keksi qəlibə tökün  və üzərini düzənləyin.
  • Üzərinə kətan toxumu, küncüd və çörəkotu qarışığı səpin.
  • Keksi öncədən 180 dərəcə qızdırılmış  fırında ən az 40-45 dəqiqə  üzəri qızarıncaya qədər bişirin.
  • İlıq hala gəlincə dilimləyərək servis edin.

So, what do you think ?